Anasını öldürməkdə şübhəli bilinən qızın bahalı avtomobili - FOTO

Anasını öldürməkdə şübhəli bilinən qızın bahalı avtomobili - FOTO
13:22 7 Yanvar 2016
320 Digər
Ölkə mətbuatı
A- A+

Qətlə yetirilmiş iş adamı Məryəm Namidzadənin qızı Günel Hüseynovanın keçmiş həyat yoldaşı bir neçə il əvvəl həbs edilib. Milli.Az Report-a istinadən bildirir ki, o, M.Namidzadəyə qarşı dələduzluqda təqsirləndirilərək 9 il həbs cəzası alıb.

G.Hüseynovanın indiki sevgilisi isə M.Namidzadəyə Mərkəzi Univermaqda qızıl alqı-satqısında kömək edirmiş. Onun adı Asimdir, soyadı isə açıqlanmayıb. Həmin şəxs də istintaqa cəlb edilib.
Hüseynovaya məxsus "Audi" markalı avtomobil hazırda qətl baş verən Feyzulla Qasımov 17 ünvanının qarşısındadır. Report-un əməkdaşı həmin avtomobilin fotolarını çəkib.

G.Hüseynova özü və daha üç nəfər şübhəli şəxs qismində saxlanılıblar.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/395948.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR