"Qızıl Məryəm"in qətlinin istintaqından YENİ XƏBƏR

"Qızıl Məryəm"in qətlinin istintaqından YENİ XƏBƏR
13:29 7 Yanvar 2016
1388 Ölkə
Ölkə mətbuatı
A- A+

Cinayət işinin istintaqı rayon prokurorluğundan alındı

 

Yanvarın 5-də Nəsimi rayonunda iş adamı Məryəm Namidzadənin qətli ilə əlaqədar başlanmış cinayət işinin istintaqı Bakı şəhər Prokurorluğunda aparılacaq. Lent.az-ın məlumatına görə, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında yaşayan 1960-cı il təvəllüdlü Məryəm Namidzadənin xüsusi amansızlıqla öldürməsiilə bağlı cinayət işi Nəsimi rayon Prokurorluğunda başlansa da, sonradan toplanmış materiallar Bakı şəhər Prokurorluğuna göndərilib. Hazırda istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə qorxu ilə tələb etmə ilə əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb. Artıq cinayətdə şübhəli bilinən 3 nəfər saxlanılıb. Onların arasında M.Namidzadənin qızı Günel Hüseynova da var.

 

Onu da qeyd edək ki, M.Namidzadə Bakıdakı məşhur “Jewellery” zinət əşyaları mağazasının sahibi olub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227805

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR