İnterpol MDB ölkələri üzrə axtarışda olanların statistikasını yeniləyib

İnterpol MDB ölkələri üzrə axtarışda olanların statistikasını yeniləyib
13:32 7 Yanvar 2016
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 7 yanvar. REPORT.AZ/ Beynəlxalq Cinayət Polisi İdarəsi (İnterpol) axtarışda olan vətəndaşların sayı ilə bağlı ölkələr üzrə yeni hesabatını təqdim edib.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, statistikaya görə, MDB ölkələri arasında Ukrayna, Belarus, Tacikistan, Rusiya, Qırğızıstan və Azərbaycan (hərəyə 160 nəfər) liderlik edir.
Gürcüstan 5-ci (135 nəfər), Özbəkistan 11-ci (96), Moldova 28-ci (54), Ermənistan 33-cü (43), Litva 45-ci (22), Estoniya 56-cı (10), Latviya və Türkmənistan isə 59-cu (hərəyə 7) sırada qərarlaşıb. Siyahıda ümumilikdə 8507 nəfərin adı və soyadı var.
Eyni zamanda, İnterpola göndərilən axtarış sorğularının sayı üzrə də statistika göstərilir. MDB ölkələri arasında yenə Belarus, Rusiya, Tacikistan, Ukrayna, Azərbaycan və Qırğızıstan liderlik edir - 160 sorğu.
Gürcüstan 9-cu (88 sorğu), Özbəkistan 31-ci (30), Litva 33-cü (22), Moldova 34-cü (21), Ermənistan və Estoniya 43-cü (hərəyə 10), Latviya 47-ci (6), Türkmənistan isə 53-cü (0) sırada qərarlaşıb.
Türkmənistandan başqa, daha 61 ölkə axtarış sorğusu verməyib. Ümumilikdə siyahıda 6270 nəfərin adı və soyadı var.
Axtarılanlarla sorğu göndərilənlərin sayındakı fərq onunla izah olunur ki, bəzi vətəndaşlarla bağlı bir neçə ölkədən sorğu gəlir. Üstəlik, axtarılanların bəziləri ikili, hətta üçlü vətəndaşlığa malik olur.
Qeyd edək ki, ümumilikdə 190 ölkə İnterpolun üzvüdür.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/i-nterpol-mdb-olkeleri-uzre-axtarisda-olanlarin-statistikasini-yenileyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR