Samiraldonu parodiya etdilər: "Samira və Elnarə məni daha yaxşı yamsılayır"

Samiraldonu parodiya etdilər: "Samira və Elnarə məni daha yaxşı yamsılayır"
13:39 7 Yanvar 2016
71 Şou
Ölkə mətbuatı
A- A+

Parodiyaçı Ceyhun Məmmədov bu dəfə stilist Samiraldonu yamsılayıb. Parodiya olunan Samiraldo isə təəssüratlarını Lent.az-la bölüşüb: “Mən elə geyinmirəm. Heç mənim bədən qurluşum da elə deyil. Mən arığam, o, isə kök. Amma parodiyası pis deyildi. Gələn dəfə yamsılamaq istəsə, geyimlərimdən götürə bilər. Onu da deyim ki, bu günə qədər məni ən yaxşı müğənni Samira Allahverdi və Elnarə Xəlilova parodiya edib. Hətta onlar mənə zəng edib, mənim üslubumla danışanda çaşıram. Elə bilirəm ki, özümlə danışıram. Parodiya olunmağıma görə, pis olmuram, normal haldır”.



Qeyd edək ki, C.Məmmədov bu günə qədər xalq artistləri İlhamə Quliyeva, Brilliant Dadaşova, Aygün Kazımova və digər məşhurları parodiya edib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227807

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR