Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Lotereyada 1 milyon avro uddu

Lotereyada 1 milyon avro uddu

Date: 7 January 2016 13:42

Estoniya sakini beynəlxalq "Viking Lotto" lotereyasında əsas 6 nömrəni tapıb və ölkə tarixində rekord məbləğ olan 1 milyon avroya yiyələnib.

Milli.Az Postimees-a istinadən bildirir ki, "Eesti Loto" dövlət şirkətindən verilən məlumata görə, lotereya bileti internet vasitəsilə alınıb.
804 884,9 avroluq mükafat fondu Estoniya və Norveçdən olan iki şəxs arasında bölüşdürülməliydi. Lakin Estoniyada 2013-cü ilin iyun ayından qüvvədə olan qanuna görə, cek-potu udmuş şəxs mükafat fondunun məbləğindən asılı olmayaraq 1 milyon avro alır.
Qanuna uyğun olaraq qalibin adı açıqlanmır. Ötən rekord 2013-cü ilin baharında qeydə alınmışdı. Onda qalibə 768700 avro ödənmişdi.
 

Milli.Az


Tags:  Lotereyada milyon avro uddu


RƏYLƏR


Top news