Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ötən ilin son 5 günündə amerikalı polislər 20 nəfəri güllələyib

Ötən ilin son 5 günündə amerikalı polislər 20 nəfəri güllələyib

Date: 7 January 2016 13:43


Bakı, 7 yanvar, AZƏRTAC
Ötən ilin son 5 günündə amerikalı polislər vəzifə borcunu yerinə yetirərkən 20 nəfərdən çox insanı güllələyib. Bu məlumatlar yanvarın 6-da “Washington Post” qəzetində dərc olunan məqalədə öz əksini tapıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Federal Təhqiqatlar Bürosunun son on il ərzində hər il dərc etdiyi məlumata əsasən, 2015-ci ildə ümumilikdə polis əməkdaşları tərəfindən 986 nəfər güllələnib ki, bu da orta göstəricidən iki dəfə artıqdır. Jurnalist təhqiqatının nəticələrinə görə, 2015-ci ildə polis qurbanlarının böyük əksəriyyətinin üzərində silah olub. Bununla yanaşı, öldürülən insanların yarısını ağdərili insanlar təşkil edib.
“Washington Post” qəzeti qanun keşikçilərinin 88 nəfəri qətlə yetirdiyi dekabr ayını “ötən ilin ən qanlı ayı” adlandırıb.

Tags:  Ötən ilin son günündə amerikalı polislər 20 nəfəri güllələyib


RƏYLƏR


Top news