Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

​Rusiya səfirliyinin əməkdaşları Azərbaycan dilini öyrənir

​Rusiya səfirliyinin əməkdaşları Azərbaycan dilini öyrənir

Rusiya səfirliyinin əməkdaşları Lapşinlə görüşüb (21 Mart 2017 12:39)
Rusiya səfirliyinin yerləşdiyi rayon atəşə tutuldu (27 Fevral 2017 00:23)
Rusiya səfirliyinin yerləşdiyi rayon atəşə tutuldu (26 Fevral 2017 23:57)

Tarix: 7 Yanvar 2016 13:47

Bakı. 7 yanvar. REPORT.AZ/ Rusiyanın Azərbaycandakı səfirliyinin əməkdaşları Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin təşkil etdiyi ixtisasartırma və dil kurslarında Azərbaycan dilini öyrənirlər. 
Bu barədə "Report"a mərkəzdən məlumat verilib.
Mərkəzdən bildirilib ki, kurslar ingilis, alman, fransız, ispan, italyan, rus, türk, fars, ərəb dillərini əhatə edir: "Qeyri-rezidentlər üçün Azərbaycan dili kurslarına maraq göstərənlər sırasında xarici ölkə səfirliklərinin əməkdaşları, Azərbaycanda fəaliyyət göstərən xarici şirkət rəhbərləri, eləcə də Azərbaycan dilini öyrənmək həvəsində olan digər əcnəbi şəxslər də var. Azərbaycan dili kurslarına maraq göstərən qeyri-rezidentlər sırasında Rusiya səfirliyinin əməkdaşları üstünlük təşkil edir. Rusiya vətəndaşları və səfirliyinin əməkdaşlarının marağı nəzərə alıanaraq onlar üçün iki ayrı qrup təşkil edilib".
Qeyd edək ki, dil kurslarının müddəti 6-12 ay, ixtisasartırma kurslarının müddəti isə tərcüməçinin səviyyəsindən asılı olaraq 2-6-12 aydır. Məşğələlər dərs müddəti 15 saat olmaqla, həftədə 2 dəfə Tərcümə Mərkəzinin inzibati binasında keçirilir. 

Teqlər:  Rusiya səfirliyinin əməkdaşları Azərbaycan dilini öyrənir



RƏYLƏR


Top xəbərlər