Əməkdar Artist Həmid Vəkilovun yaradıcılıq gecəsi geçiriləcək

Əməkdar Artist Həmid Vəkilovun yaradıcılıq gecəsi geçiriləcək
13:48 7 Yanvar 2016
31 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 yanvar, AZƏRTAC
Yanvarın 15-də Azərbaycan Milli Konservatoriyasının dosenti, Əməkdar Artist, virtuoz tarzən Həmid Vəkilovun yaradıcılıq gecəsi geçiriləcək.
Milli Konservatoriyadan AZƏRTAC-a bildirilib ki, tədbir Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında baş tutacaq.
Gecədə sənətkarın yaradıcılığından, ifa sənətimizin zənginləşməsinə verdiyi töhfələrdən söz açılacaq. Tədbir konsert proqramı ilə davam edəcək.
Qeyd edək ki, H.Vəkilov Azərbaycan tarına bir sıra texniki yeniliklər əlavə edərək onu daha da təkminləşdirən sənətkarlardandır.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Amekdar_Artist_Hemid_Vekilovun_yaradiciliq_gecesi_gechirilecek-916655

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR