Daha bir rekord qırdılar - 760 milyon dollar

Daha bir rekord qırdılar - 760 milyon dollar
13:56 7 Yanvar 2016
31 Şou
Ölkə mətbuatı
A- A+

“Ulduz müharibələri” filminin yeddinci epizodu kassa yığımı rekordlarını yeniləməkdə davam edir.

Yanvarın 6-da ABŞ-da və Kanadada fantastik macəra filminin kassa yığımı 760,5 milyon dolları keçib. “Ulduz müharibələri”nin yeni epizodu “Avatar”ı geridə qoyaraq Şimali Amerika üçün rekord müəyyən edib.

Axşam.az-ın Azərtac-a istinadən məlumatına görə, bundan əvvəl də “Ulduz müharibələri: gücün oyanışı” filmi bir sıra kassa rekordlarını yeniləmişdi. Cey Cey Abramsın ekran əsəri digər filmlərdən daha tez – 12 prokat günü ərzində 1 milyard dollar qazana bilib. Yeni epizod, həmçinin epopeyanın bütün yeddi hissəsindən ən populyarı olub.

Dünya üzrə kassa yığımlarının həcminə görə “Ulduz müharibələri” hələ ki, 1,5 milyard dollarla dördüncü yeri tutur. Lakin “Gücün oyanışı” filminin bu göstəriciyə görə də, ümumilikdə 2,8 milyard dollar yığan “Avatar”ı qabaqlayacağı gözlənilir.

Xatırladaq ki, kosmik epopeyanın yeni epizodu ekranlara dekabrın 16-da buraxılıb.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43783

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR