Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı müğənninin çantasını oğurladılar: "Hər dəqiqəm qorxu içindədir"

Azərbaycanlı müğənninin çantasını oğurladılar: "Hər dəqiqəm qorxu içindədir"

Date: 7 January 2016 14:18

Müğənni Sevda Sanaliyevanın başına iş gəlib.

Lent.az-ın məlumatına görə, “10-dan sonra” verilişinə qonaq olan ifaçı bildirib ki, naməlum şəxslər gecə vaxtı küçədə onun çantasını oğurlayaraq qaçıblar:

“Avtomobilimi saxlayıb, tələsik məclislərin birinə piyada gedirdim. Getdiyim yerdə qəfildən kimlərsə çantamı götürüb qaçdılar. Hadisədən dərhal sonra bir neçə saniyəlik şoka düşdüm, heç nə edə bilmədim. Bircə onu bildim ki, çantamı qaçırdılar. Heç nə edə bilmədim. Xoşbəxtlikdən yanımda övladım yox idi. Bu hadisə zamanı bir tək Allah bildi ki, mən nələr çəkdim. Əslində maşını sürən zaman şübhələnməli idim. Çünki bir avtomobil məni güdürdü. Öz-özümə dedim ki, insandır da, gəlir. Şübhələnmədim. Hadisə zamanı əllərim əsirdi, gedib daşın üstündə oturub, ağladım. Tövbə etdim ki, bu gündən sonra tək heç bir yerə getməyəcəm. İndi bilmirəm ki, onlar məni haradan güdməyə başlayıblar. Bəlkə evimə qədər məni izləyiblər? Hər bir dəqiqəm qorxu içindədir. Bəlkə evimi də tanıyırlar”. 


Tags:  Sevda Sanaliyeva cantasini ogurladilar

RƏYLƏR


Top news