Neymar Olimpiya Oyunlarına qatılacaq

Neymar Olimpiya Oyunlarına qatılacaq
14:23 7 Yanvar 2016
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 yanvar, AZƏRTAC
2016-cı ildə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında mübarizə aparacaq Braziliya yığmasının 23 yaşdan yuxarı üç futbolçusu bəlli olub.
AZƏRTAC xəbər verir ki, baş məşqçi Dunqa İspaniyanın “Barselona” klubunun hücumçusu Neymarı milliyə çağırmağı qərara alıb. Digər iki futbolçu isə İtaliyanın “İnter” komandasında forma geyən müdafiəçi Miranda və Brazliyanın “İnternasyonal” klubunun qapıçısı Alisondur.
Qeyd edək ki, olimpiada çərçivəsində keçiriləcək futbol turnirində hər bir yığma heyətinə 23 yaşdan yuxarı üç futbolçu cəlb edə bilər. “Rio-2016”da futbol matçları avqustun 3-20-də Rio-de-Janeyro, San-Paulu, Minas-Jerays, Baiya, Riu-Qrandi-du-Sul və Braziliya Federal Dairəsində keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Neymar_Olimpiya_Oyunlarina_qatilacaq-916661

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR