Naməlum şəxslər Misirdə piramidalar yaxınlığında turistlərə atəş açıb

Naməlum şəxslər Misirdə piramidalar yaxınlığında turistlərə atəş açıb
14:37 7 Yanvar 2016
29 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 7 yanvar. REPORT.AZ/ Üzü maskalı silahlı şəxslər Misirin paytaxtı Qahirədə turistlərə atəş açıb. "Report" TASS-a istinadən xəbər verir ki, hadisə məşhur Giza piramidalarının yaxınlığındakı "Piramidalar" hotelinin yaxınlığında baş verib.
Tur avtobusu hotelə çatarkən və sərnişinlər avtobusdan düşməyə başlayarkən motosikletdə olan naməlum şəxslər onlara yaxınlaşaraq atəş açıb.
İlkin məlumata görə, hadisə zamanı heç kim xəsarət almayıb.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/namelum-sexsler-misirde-piramidalar-yaxinliginda-turistlere-ates-acib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR