Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Neftçi" klubu məşhur beynəlxalq audit şirkəti ilə müqavilə bağlayacaq

"Neftçi" klubu məşhur beynəlxalq audit şirkəti ilə müqavilə bağlayacaq

Obameyanq "Nike" şirkəti ilə ömürlük müqavilə imzaladı (16 Mart 2017 09:37)
Məşhur futbolçu "Nike" şirkəti ilə ömürlük müqavilə imzaladı (16 Mart 2017 08:03)
"Sumqayıt Kimya Sənaye Parkı" "Baker Tilly Audit Azərbaycan"la müqavilə bağlayıb (09 Mart 2017 10:07)

Tarix: 7 Yanvar 2016 14:42

Bakı. 7 yanvar. REPORT.AZ/ "Neftçi" futbol klubu yaxın günlərdə məşhur beynəlxalq audit şirkəti ilə müqavilə bağlayacaq. Klubdan "Report"a verilən məlumata görə, məqsəd klubun büdcəsinin şəffaflığına nəzarətdən ibarətdir.
Şirkət avqustuda 01.07.2015 - 01.07.2016 maliyyə ili üçün ictimaiyyətə hesabat təqdim edəcək. Hesabat büdcə və rəydən ibarət olacaq. Bununla da "Neftçi" beynəlxalq auditdən keçmiş ilk klub olacaq. Klubdan auditi aparacaq şirkətin adı açıqlanmayıb. Bununla belə, həmin qurumun dünya futbolunda çalışan 2 şirkətdən biri olduğu vurğulanıb.
Qeyd edək ki, hazırda futbol sahəsində Deloitte və PwC şirkətləri audit aparır. Deloitte hər il futbol klublarının şəffaflığı haqqında hesabat hazırlayır. PwC isə UEFA-da futbol üzrə məsləhətçidir. 

Teqlər:  Neftçi klubu məşhur beynəlxalq audit şirkəti müqavilə bağlayacaq



RƏYLƏR


Top xəbərlər