Liviyada güclü partlayış: 46 ölü

Liviyada güclü partlayış: 46 ölü
14:46 7 Yanvar 2016
14 Digər
Ölkə mətbuatı
A- A+

Liviyada hərbi düşərgədə terror aktı baş verib.

ANS PRESS-in "Al-Arabiya" telekanalına istinadla verdiyi məlumatına görə, hadisə nəticəsində ən azı 46 nəfər həyatını itirib.

Terror aktı ölkənin Zliten şəhərində törədilib. Telekanalın şahidlərə istinadla verdiyi məlumata görə, partlayıcı avtomobilin içərisinə yerləşdirilib. Ölənlərin əksəriyyəti dinc sakinlərdir. Yaralılar Misrata xəstəxanasına çatdırılıb.




Hadisə baş verən vaxt ərazidə 100-dən çox insan olub. Şahidlərin sözlərinə görə, ölənlərin sayı arta bilər.

Ümumiyyətlə 2011-ci ildə "Ərəb Baharı" baş verdikdən sonra Liviyada qeyri - sabitlik hökm sürür. Ümumi şəkildə başlanan etirazların gözlənilmədən silah gücü ilə yatırılması, vətəndaş müharibəsinin başlanmasına səbəb oldu. Həmin vaxt müxalifət rəhbərləri ölkədə hakimiyyəti ələ keçirdilər.


Zliten, Liviya


NATO-ya məxsus hərbi təyyarələr Müəmmər əl-Qəzzafiyə tabe olan birləşmələri hava zərbələri ilə bir neçə günə zərərsizləşdirdi. Liviyanın devrilmiş rəhbəri Müəmmər əl-Qəzzafi, anadan olduğu Sirt şəhərində kütlə tərəfindən döyülərək edilərək öldürüldü. Həmin vaxtdan ölkədə vəziyyət gərgin olaraq qalır. Hazırda Liviyada ikihakimiyyətlilik hökm sürür. Ölkənin ən zəngin neft yataqları İŞİD terror təşkilatının nəzarəti altındadır.


Vətəndaş müharibəsinin baş verdiyi Liviya küçələri

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369112

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR