Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Ötən gün Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutulub

Ötən gün Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutulub

Axtarışda olan 27 nəfər tutulub (18 Mart 2017 11:29)
Ötən il 18 yaşadək 5 uşaq narkotik satışına görə tutulub (06 Mart 2017 16:34)
Rusiyanın axtardığı cinayətkarlar Azərbaycanda tutuldu (28 Fevral 2017 12:58)

Tarix: 7 Yanvar 2016 14:48


Bakı, 7 yanvar, AZƏRTAC
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün 107 cinayət faktı qeydə alınıb. Onların da 28-nin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş 5 yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 6 nəfər isə xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyənləşdirilib.
Cinayət törətdiklərinə görə 30 nəfər tutulub.

Teqlər:  Ötən gün Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan nəfər tutulub



RƏYLƏR


Top xəbərlər