Ronaldunun 3-cü olduğu siyahıda azərbaycanlılara yer qalmadı

Ronaldunun 3-cü olduğu siyahıda azərbaycanlılara yer qalmadı
14:52 7 Yanvar 2016
34 İdman
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2015-ci ilin yekunlarına əsasən dünyanın ən məhsuldar oyunçularının siyahısını açıqlayıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, milli komandada və qitə kuboklarındakı ən azı 8 qol vuranların siyahısında 52 futbolçu yer alıb.

Planetin bombardirləri siyahısına polşalı Robert Levandovski başçılıq edir. O, yığmada da, Almaniya "Bavariya"sında da 11 dəfə fərqlənib. Hesabında 22 qol olan hücumçu ən yaxın izləyicisini 2 top qabaqlayır. BƏƏ yığmasında 6, bu ölkənin "Əl-Əhli" klubunda 14 qol vuran Əhməd Xəlil ümumilikdə 20 dəfə fərqlənib. Portuqaliya millisində 3 dəfə rəqib qapılarına yol tapan Kriştianu Ronaldu İspaniya "Real"ında vurduğu 16 topla hesabını 19-a çatdırıb. O, 3-cü pillədə qərarlaşıb.
 
Siyahıda heç bir Azərbaycan futbolçusu yer almayıb.  Çünki bu göstəricidə rekordçularımız 4 dəfə fərqləniblər. Millidə 1, avrokuboklarda 3 qola sevinən Cavid Hüseynov, həmçinin qitə miqyaslı turnirlərdə 4 dəfə fərqlənən Dodo və Riçard Almeyda siyahıya düşmək üçün lazım olan limitin yarısına nail olublar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/395921.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR