Tokioda güclü yanğın olub, xəsarət alanlar var

Tokioda güclü yanğın olub, xəsarət alanlar var
14:57 7 Yanvar 2016
21 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 7 yanvar. REPORT.AZ/ Yaponiyanın paytaxtı Tokioda, Sindzyukudakı Kabuki məhəlləsində güclü yanğın baş verib, xəsarət alanlar var. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Tokio Yanğından Mühafizə İdarəsindən məlumat verilib.
Hadisə yerində 30 yanğınsöndürmə briqadası işləyir. Xəsarət alanlar olsa da, onların dəqiq sayı barədə məlumat verilmir. Bundan əlavə, yanğınsöndürənlər binanın ikinci mərtəbəsində hələ də insanların olduğunu söyləyir. Yanğının söndürülməsi üzrə işlər davam etdirilir.
Qeyd edək ki, Sindzyuku rayonu əyləncə mərkəzləri və restoranları ilə məşhurdur.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/tokioda-guclu-yangin-olub-xesaret-alanlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR