Azərbaycanı şoka salan qız məşhur prodüserin dostu çıxdı (FOTO)

Azərbaycanı şoka salan qız məşhur prodüserin dostu çıxdı (FOTO)
15:06 7 Yanvar 2016
519 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda qalmaqallı qətli törətdiyi deyilən 26 yaşlı Günel Hüseynova şou biznes nümayəndələri ilə dost olub. Dəhşətli hadisənin “qəhrəmanının” yaxın münasibəti olan şəxslərdən biri də tanınmış prodüser Zorik (Zöhrab) olub.

Zorik ANS PRESS-ə açıqlamasında bunu təsdiqləyib. O, qızıl alverçisi olan Məryəm Nametzadənin qızı Güneli həddindən artıq çox istədiyini bildirib:

“Onun anası ilə dost olmuşam. Anası çox gözəl insan idi. İstanbulda yaşadığım üçün 2 il Güneli görə bilməmişəm. Onu sonuncu dəfə yasda gördüm. Qadın qızı üçün əlindən gələni edirdi. Hətta onun rahatlığı üçün maşın da alıb vermişdi".

Prodüsserin sözlərinə görə, Günelin belə addım atması onu şoka salıb: “Şokdayam, heç danışa bilmirəm. Ola bilsin son zamanlar psixi problemi olduğu üçün belə edib. İnsan heç vaxt anaya əl qaldırmaz”.

“Jewellery” zinət əşyaları mağazasının sahibi Məryəm Nametzadə ötən gün günorta saatlarında paytaxtın Nəsimi rayonu ərasində qətlə yetirilib. Ona 43 bıçaq zərbəsi vurulub, boğazı kəsilib. Qadının qətlini törədənlərədn biri doğma qızı Günel Hüseynova olub.

Hazırda həmin şəxslər tutularaq istintaqa cəlb ediliblər.

Məsələ ilə bağlı Nəsimi Rayon Polis İdarəsi və Prokurorluğundan isə istintaq sirri olduğu üçün hələlik heç bir açıqlama verilmir.


Məryəm Nemətzadə - ölən qadın

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu paytaxtda qızıl alverçisi olan iş qadını Məryəm Nametzadənin qətlə yetirilməsi ilə bağlı birgə məlumat açıqlayıb.

Polis və prokurorluq orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin mərhumun qızı 1988-ci il təvəllüdlü Günel Hüseynova, qohumu (bacısı oğlu) 1998-ci il təvəllüdlü Nicat Eyvazov və 1997-ci il təvəllüdlü Ceyhun Əsgərov tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan onlar tutularaq istintaqa cəlb olunub.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=369111

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR