Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İrandan ölkəmizə narkotik vasitələrin gətirilməsi cəhdlərinin qarşısı alınıb

İrandan ölkəmizə narkotik vasitələrin gətirilməsi cəhdlərinin qarşısı alınıb

Date: 7 January 2016 15:18


Bakı, 7 yanvar, AZƏRTAC
Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Yusra Əliyevanın üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, yoxlama nəticəsində ondan 1 ədəd bağlamada, ümumi xalis çəkisi 127,760 qram təşkil edən narkotik vasitə - heroin aşkar olunaraq götürülüb.
Eyni zamanda Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda isə İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran vətəndaşı Rostamnejadlankan Majıd Askarının üzərində şəxsi yoxlama zamanı ondan 8 ədəd bükümdə, cəmi 38 ədəd metadon adlı həb aşkar edilərək götürülüb.
Xatırladaq ki, metadon adlı həb “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir və aşkar olunan 38 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 1,52 qram təşkil edir.
Hər iki faktla bağlı təhqiqat aparılır.

Tags:  İrandan ölkəmizə narkotik vasitələrin gətirilməsi cəhdlərinin qarşısı alınıb


RƏYLƏR


Top news