Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Çexiya səfirlərinin iş normasını dəyişir

Çexiya səfirlərinin iş normasını dəyişir

Date: 7 January 2016 15:23


Praqa, 7 yanvar, AZƏRTAC
Çexiya Senatı diplomatik sahəyə, konkret olaraq dövlətin hüdudlarından kənarda fəaliyyət reqlamentinə toxunan “Dövlət qulluğu haqqında” Qanuna düzəlişlə məşğul olmaqdan imtina edib. Yəni istisnasız olaraq, bütün səfirlər öz missiyalarını yetmiş yaşına çatandan sonra da başa çatdıra bilərlər. Hazırda qüvvədə olan qaydaya görə, səfir vəzifəsi tutan diplomatik nümayəndələr 70 yaşına çatandan dərhal sonra fəaliyyətlərini dayandırmalıdırlar. İmzalaması üçün dərhal Prezidentə göndəriləcək norma xarici missiyalarda diplomatları müşayiət edən qohumları işə götürməyə, habelə Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin razılığı olmadan bu idarələrin əməkdaşlarını xarici missiyalara göndərməyə də imkan verir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa

Tags:  Çexiya səfirlərinin normasını dəyişir


RƏYLƏR


Top news