Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

İsveçdə şiddətli partlayış: 10 yaralı

İsveçdə şiddətli partlayış: 10 yaralı

Date: 7 January 2016 15:23


Bakı, 7 yanvar, Nihad Budaqov, AZƏRTAC 
İsveçin paytaxtı Stokholmda gecə saatlarında tütün məmulatlarının satıldığı mağazada baş verən şiddətli partlayışda 10 nəfər yaralanıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Stokholm Təhlükəsizlik İdarəsinin sözçüsü Karina Skagerlind 10 nəfərin yaralandığı partlayışla əlaqədar iki nəfərin şübhəli qismində saxlanıldığını bildirib.
Yaralıların dərhal xəstəxanalara yerləşdirildiyini qeyd edən K.Skagerlind onların bəzilərinin partlayışdan sonra yuxarı mərtəbələrdən tullananlar olduğunu deyib. Partlayışdan sonra mağazada baş verən yanğın isə səhər saatlarında nəzarət altına alınıb. Binadakı 23 nəfər isə təxliyə edilib.

Tags:  İsveçdə şiddətli partlayış 10 yaralı


RƏYLƏR


Top news