Dövrələr arası fasilə müddətində “Xəzər Lənkəran” qış təlim məşq toplanışını vətəndə keçirəcək.
Fanat.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda sabah Lənkərandakı bazasında bir araya gələrək toplanışa start verəcək və saat 16.00-da ilk məşqinə çıxacaq.
Yunis Hüseynovun rəhbərliyi altında yanvar ayının 13-nə qədər Lənkəranda hazırlaşacaq “Xəzər Lənkəran” daha sonra məşqlərini paytaxt Bakıda davam etdirəcək.
Fanat.az