Qrip viruslarından necə xilas olmalı? - REPORTAJ

Qrip viruslarından necə xilas olmalı? -  REPORTAJ
15:34 7 Yanvar 2016
33 Sosial
Ölkə mətbuatı
A- A+

Öskürək, yüksək hərarət, baş ağrısı, baş gicəllənməsi... Son zamanlar demək olar ki, əksəriyyətimizdə bu kimi hallar müşahidə edilməkdədir. Bir çoxları xəstə olduqları zaman işə getmədiyi təqdirdə, bəziləri xəstə halda işə və ya məktəbə gedir ki, bu da xəstəliyin digərlərinə keçməsinə gətirib çıxarır.

 

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktor müavini Afaq Əliyeva deyir ki, digər aylara nisbətən qış aylarında respirator virus infeksiyaları daha çox müşahidə olunur. Amma keçən ilin müvafiq dövrü ilə müqayisədə bu il xəstəliklə bağlı artım qeydə alınmayıb: "Ağır gedişli kəskin respirator virus infeksiyalı xəstələr eyni zamanda qripə bənzər nisbətən ağır keçən xəstələrin laborator müayinələri Taun Əleyhinə Stansiyanın laboratoriyasında aparılır. Müayinələrə əsasən bir daha təsdiq olunub ki, Azərbaycanda qrip infeksiyası yoxdur. Yəni 2015-ci il ərzində 1400-ə yaxın şübhəli xəstədən laborator müayinə üçün yaxma götürülüb. Nəticəsi mənfi olub, yəni qrip virusu aşkar edilməyib. Bəli, respirator virus infeksiyaları var. Əlbəttə ki, belə hallar qeydə alınanda insanlar hökmən həkimə müraciət etməlidir. Evdə izolyasiya olunmalıdır ki, bununla da digər şəxslərin, iş  yerində olan insanların yoluxmasının qarşısını ala bilərlər. Eyni zamanda da həmin xəstələr evdə qalarsa, həkim nəzarəti altında müalicə alarlarsa, onlarda da heç bir ağırlaşma baş verməz".

 

İnsanların daha çox "xəstəlik yenidən qayıdır" kimi şikayətlərinə gəldikdə, Afaq Əliyeva bildirib ki, bu, daha çox müalicə olunmayan xəstəliyin ağırlaşmasıdır: "Tam müalicə olunmayanda, həkimə müraciət edilməyəndə, ev şəraitində qalıb bir neçə gün müalicə olunmayanda belə qalıq əlamətləri öskürək və s. kimi qalır. İnsanlarda bəzən temperatur da qalxa bilər əgər insan tam  müalicə edilməsə, buna görə də mütləq həkimə müraciət etməlidirlər. Əgər üstünə düşülməsə, ən ağır  pnevmoniyalar verə,  sətəlcəmə çevrilə, ağır formada keçən bronxitlər verə bilər və digər ağırlaşmalar verə bilər. Əsasən də pnevmoniyaya çevirə bilər".

 

Həkim terapevt Nahid Məhərrəmov isə bildirib ki, insanlar bəzən qriplə digər virus məşəli xəstəlikləri səhv salırlar. Qrip virusu 100 nəfərdən 2-də ola biləcək virusdur: "Amma digər virus patologiyaları, yuxarı tənəffüs yolları iltihabı yaradan virus patologiyaları və yaxud bakterial məşəli patologiyalara da bəzən biz virus kimi baxırıq. Amma virus xəstəlikləri hansı xəstəliklərdir və bildiyimiz yuxarı tənəffüs yollarında olan o virus xəstəliklərini necə fərqləndirmək olar? Bəzən biz rastlaşırıq ki, temperatur başlayan kimi insanlar dərmanlardan istifadə edirlər. Məsələn, antibiotikdən istifadə edirlər. Onlar adətən bakterial mənşəli xəstəliklərlə qripi və yaxud virus mənşəli xəstəlikləri səhv salmış olurlar. Ona görə istənilən halda əgər bir temperatur 3-5 gün davam edirsə, onda 39 dərəcədən yuxarı temperatur olursa, digər dərman preparatları ilə düşmürsə, onda biz onu virus kimi qəbul edirik və yaxud antibakterial müalicə ilə yanaşı, antibiotik müalicəsi veririksə, həmin temperatur düşürsə, normal şəkildə dərmana cavab verirsə və davam etmirsə, o zaman bakterial xarakterli tənəffüs yolu iltihabıdır, virus deyil".

 

Həkim deyib ki, bəzən bütün xəstəlikləri bir qayda olaraq qrip adlandırır və buna görə də istənilən halda antibiotik qəbul edirik. Bu isə yanlışdır. 3-4 gün ərzində əgər temperatur 38-39 dərəcədirsə, heç nə içməyə ehtiyac yoxdur, 3-4 gündən sonra 39 dərəcədən yuxarı temperatur olarsa, o zaman antibakterial, immun sisteminin dayanıqlığının artırılması üçün müalicəyə ehtiyac ola bilər: "Virus xəstəliklərini necə tanımaq olar? Virusa yoluxuruqsa, birmənalı şəkildə temperatur qalxmalıdır. Temperatur qalxdığı təqdirdə, oynaqlarda, həkimlərə müraciət edirlər xəstələr. "Halsız oluram, taqətsiz oluram, baş ağrılarım artır, burnum axır, gecə tərləməsi olur, halsızlıq olur, yemək yemədikdə baş gicəllənir, göz önü qaralır" - bunlar hamısı birmənalı şəkildə virus patologiyasıdır. Bunlar bakterial mənşəli patologiyalar da ola bilər. Amma onu sırf həkim  fərqləndirə bilər. Ən sonda əgər lazım olduğu halda bakterial mənşəli patologiyadırsa, o zaman antibiotikdən istifadə etmək olar".

 

Bəs necə edək ki, virus məşəli patologiyalardan özümüzü qoruyaq? Nahid Məhərrəmov deyib ki, adətən virus hava damcı yolu ilə keçir. Buna görə də yaxşı olardı ki, insanlar özlərini qorumaq üçün mütləq qoruyucu maskalardan istifadə etsinlər. Bundan başqa, əgər qapalı şəraitdədirlərsə, mütləq qapını və pəncərəni açıq saxlamaq lazımdır ki, hava mübadilə olsun. Həmçinin gün ərzində 4 litrə yaxın isti maye qəbul etmək lazımdır. Bu zaman 80 faiz virus patologiyasına yoluxma ehtimalı azalır.

 

Həkim onu da bildirib ki, immun dayanıqlığını da artırmaq lazımdır. Bunu isə orqanizm əsasən özü-özündə yaratmalıdır. Biz isə bunu qida yolu ilə yarada bilərik. Ona görə də C vitamini tərkibli qidalar istifadə etmək məsləhətdir. Mədə-bağırsağında problem olmayan insanlar subtropik meyvələrdən çox istifadə etməlidirlər. Gündə üç dəfə normal qidalanmaq və hər yeməkdən bir az sonra meyvə-tərəvəz qəbul etmək tövsiyə edilir.

 

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

ABŞ müdafiə naziri: “NATO Rusiya üçün təhlükə kəsb etmir”

28 May 2017 22:43

Kann kinofestivalı: ən yaxşılar seçildi - FOTO

28 May 2017 22:42

Dırnaq yemək nə səbəbdən baş verir?

28 May 2017 22:42

Üçrəngli bayrağımızın rəngləri İstanbul boğazında bərq vurdu

28 May 2017 22:39

Fatih Sultan Mehmet körpüsü Azərbaycanın bayrağının rəngləri ilə işıqlanır

28 May 2017 22:36

Nyu-York küçələri savaşdan sonra - FOTO

28 May 2017 22:32

Sabunçuda yanğın

28 May 2017 22:28

Məşhur modelin yaxta əyləncəsi - FOTO

28 May 2017 22:27

Qazaxda yol qəzası nəticəsində 3 nəfər yaralanıb

28 May 2017 22:27

Şah İsmayılın müraciəti: Ey türk oğulları...

28 May 2017 22:27

"Zenit" Mirça Luçeskunu istefaya göndərdi

28 May 2017 22:25

Bakıda kafedə qadın ofisiantlar dalaşdı

28 May 2017 22:22

Orucu batil edən əməllər - SİYAHI

28 May 2017 22:22

Çəngəl 19 yaşlı qızın qarnına getdi - FOTO

28 May 2017 22:22

İmişlidə maşın dirəyə çırpıldı - bacı və qardaş yaralandı

28 May 2017 22:19

Peyğəmbərin (s.) RAMAZAN xütbəsi

28 May 2017 22:17

Pullular evlərini ona tapşırırlar - FOTO

28 May 2017 22:12

“Zenit” Mirça Luçesku ilə yolları ayırdı

28 May 2017 22:12

Dərk edənlər və etməyənlər üçün RAMAZAN

28 May 2017 22:12

Məşhur ekstrasensdən Dağlıq Qarabağ haqda şok proqnoz

28 May 2017 22:08

"Beşiktaş" klubu tarixində 15-ci dəfə Türkiyə çempionu olub

28 May 2017 22:07

Əfsanəvi müğənninin təyyarəsi satıldı

28 May 2017 22:05

Dronla çəkilmiş möhtəşəm FOTOlar MARAQLI İDEYALAR

28 May 2017 22:05

Daha bir serial sevgisi gerçək oldu - FOTO

28 May 2017 22:05

Kəpəyə qarşı təbii üsullar

28 May 2017 21:57

Qazaxda yol qəzası

28 May 2017 21:56

Habil Əliyevin məzarı ziyarət olunub

28 May 2017 21:52

Azərbaycanlı aparıcı italyan aşpaza ərə getdi - FOTO

28 May 2017 21:52

Ramazan ayının yaratdığı mənəvi immunitet

28 May 2017 21:52

Luçesku “Zenit”dən qovuldu

28 May 2017 21:49

Çin İrana qarşı sanksiya tətbiq edib

28 May 2017 21:47

İftar duaları

28 May 2017 21:47

Nağıyevin adaşı və baş məşqçisi: "Yalandı, qalıram!"

28 May 2017 21:47

Kamera o cəsədi çəkdi

28 May 2017 21:47

Türkiyə Əfqanıstanda baş verən terror aktını pisləyib

28 May 2017 21:43

"Zenit"in baş məşqçisi Mirça Luçesku istefaya göndərilib

28 May 2017 21:42

Sistit xəstəliyi zamanı xalq təbabəti

28 May 2017 21:42

Deputatın evi atəşə tutuldu

28 May 2017 21:39

Oruc tutanları gün ərzində tox saxlayan faydalı qida

28 May 2017 21:38

Qazaxda iki “VAZ” toqquşdu - 3 yaralı

28 May 2017 21:34

Ukraynada deputatın evi atəşə tutulub

28 May 2017 21:32

Mosulun qansız hamamı - FOTO

28 May 2017 21:32

Onlar yemək üçün "dilənirlər" - FOTO

28 May 2017 21:27

123 nəfər pay sahibi olsa da, paysız qalıb - VİDEO

28 May 2017 21:22

Cümə günü oruc tutmaq savabdırmı?

28 May 2017 21:22

Sabunçuda güclü yanğın

28 May 2017 21:22

56 günlük körpəsini zəhərləyib öldürən ana - DƏHŞƏT

28 May 2017 21:18

Masallıda məktəblilər arasında dava: Ölən var - VİDEO

28 May 2017 21:17

Şüşəli binaları kimlər təmizləyə bilər? - VİDEO

28 May 2017 21:17

İslam müqəddəsləri Ramazan ayı və oruc haqqında

28 May 2017 21:17