Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Sevil" operası təqdim ediləcək

Date: 7 January 2016 15:42

"Report" xəbər verir ki, yanvarın 10-da təqdim olunacaq tamaşada əsas partiyaları – Sevil və Balaşı ilk dəfə olaraq əməkdar artistlər İlahə Əfəndiyeva və Fərid Əliyev ifa edəcək.
Tamaşada həmçinin əməkdar artistlər Səbinə Əsədova (Gülüş), Gülnaz İsmayılova (Dilbər), Cahangir Qurbanov (Atakişi) və s. iştirak edəcək. Tamaşanı dirijorların beynəlxalq müsabiqələrinin və “Humay” Milli mükafatının laureatı Əyyub Quliyev idarə edəcək.
Qeyd edək ki, C.Cabbarlının eyni adlı pyesinin motivləri əsasında yazılmış opera tamaşasında Azərbaycanın milli vokal sənətinin bir sıra görkəmli nümayəndələri – Rəşid Behbudov, Azər Zeynalov, Xuraman Qasımova, Şahlar Quliyev və b. əsas rollarda çıxış edib.

Tags:  Sevil operası təqdim ediləcək

RƏYLƏR


Top news