"Səfəvi-Osmanlı münasibətləri" adlı kitab çapdan çıxıb

"Səfəvi-Osmanlı münasibətləri" adlı kitab çapdan çıxıb
15:44 7 Yanvar 2016
23 Sosial
Ölkə mətbuatı
A- A+

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru Tofiq Nəcəflinin yeni kitabı çapdan çıxıb.

 

APA-nın xəbərinə görə, "Səfəvi-Osmanlı münasibətləri" adlanan monoqrafiyada Azərbaycan Səfəvi dövlətinin Osmanlı dövləti ilə qarşılıqlı siyasi əlaqələrinin müasir Türkiyə tarixşünaslığında tədqiqi səviyyəsi öyrənilib.

 

Əsərdə Səfəvilərin mənşəyi problemi, eyni zamanda Azərbaycan Səfəvi dövlətinin yaranması və möhkəmlənməsi prosesinə türk tarixçilərinin münasibəti aydınlaşdırılıb, XVI-XVIII əsrin I yarısında Səfəvi və Osmanlı dövlətləri arasındakı siyasi əlaqələr tarixinin Türkiyə tarixşünaslığında tədqiqi səviyyəsi araşdırılıb və dövrün mənbələrindən istifadə edilərək təhlil edilib. Kitabda Azərbaycan Səfəvi dövlətinin tarixinə dair zəngin faktik material verilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227830

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR