Dünyanın ən məhsuldar futbolçuları müəyyənləşdi

Dünyanın ən məhsuldar futbolçuları müəyyənləşdi
15:47 7 Yanvar 2016
37 İdman
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) geridə qalan 2015-ci ilin ən məhsuldar futbolçularının adlarını açıqlayıb.


Qol.Az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, qitə miqyaslı yarışlarda ən çox fərqlənənlərin siyahısında 52 futbolçu yer alıb.


Polşa millisinin və "Bavariya"nın hücumçusu Robert Levandovski bütün həmkarlarını qabaqlayaraq birinci olub. Həm yığmada, həm də klubunda 11 qol vuran 27 yaşlı futbolçu 22 qolla bombardirlər siyahısına başçılıq edir.


Birləşmiş Ərəb Əmirlikləri millisinin və "Əl Əhli" klubunun futbolçusu Əhməd Xəlil isə 20 qolla ikinci, Madrid "Real"ının portuqaliyalı futbolçusu Kriştiano Ronaldo isə 19 qolla 3-cü pillədə qərarlaşıb.


Qeyd edək ki, "Barselona"nın ulduz futbolçusu Lionel Messi siyahıda 13-cü olub. Argentinalı futbolçu ötən il qitə miqyaslı yarışlarda cəmi 12 qol vura bilib. 

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-dunyann-n-mhsuldar-futbolcular-muyynldi-t46618.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR