Əbülfəz Qarayev yeni direktorlar təyin etdi

Əbülfəz Qarayev yeni direktorlar təyin etdi
15:52 7 Yanvar 2016
53 Digər
Ölkə mətbuatı
A- A+

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı şəhərində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinə yeni direktor təyin edib. 

Milli.Az bildirir ki, bu barədə report-a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov məlumat verib.

Nazirin əmri ilə Əziz Qarayusifli Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru vəzifəsinə təyin edilib. O, son təyinata qədər adıçəkilən həmin İncəsənət Məktəbində çalışıb.

Əbülfəs Qarayevin digər əmri ilə Oqtay Muxtarov Bakı şəhəri 36 saylı Uşaq Musiqi Məktəbinin direktoru vəzifəsinə təyin olunub. 
O.Muxtarov bu vəzifəyə təyin edilməzdən əvvəl Mədəniyyət və Turizm Nazirliyinin Mərkəzi Aparatında çalışıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/396008.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR