Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda narkobaron - "Baron Şəmi" tutuldu

Azərbaycanda narkobaron - "Baron Şəmi" tutuldu

UK company Baron Oil found 885 million barrels reserves in Peru offshore block (06 December 2016 19:46)

Date: 7 January 2016 15:56

Azərbaycanda "zek" tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, daxili işlər orqanları yeni ilin ilk günlərində daha bir uğurlu əməliyyat tədbiri həyata keçirib və nəticədə külli miqdarda müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Belə ki, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının yanvarın 6-da həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhərində yaşayan, əvvəllər 6 dəfə məhkum olunmuş, "Baron Şəmi" ləqəbli Şəmsəddin Kərimov şübhəli şəxs qismində saxlanılıb.

Baxış zamanı ona məxsus evin həyətindəki quyudan gizlətdiyi ümumi çəkisi 28 kiloqrama yaxın narkotik vasitə, o cümlədən 12 kiloqram 550 qram həşiş qətranı, 7 kiloqram 110 qram tiryək, 6 kiloqram 981 qram heroin və 1 kiloqram 137 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.






Tags:  Azərbaycanda narkobaron Baron Şəmi tutuldu


RƏYLƏR


Top news