Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tahir Salahovun Tretyakov Qalereyasında sərgisi olacaq

Tahir Salahovun Tretyakov Qalereyasında sərgisi olacaq

Date: 7 January 2016 16:01

Moskvada Tretyakov Qalereyasında ilk dəfə dünya şöhrətli fırça ustası, Azərbaycanın Xalq Rəssamı Tahir Salahovun əsərləri sərgilənəcək.

Axşam.az xəbər verir ki, “Günəş zenitdə” adlanan sərgi yanvarın 22-si açılacaq. Qalereyanın 160 illiyinə həsr olunmuş sərgi martın 20-dək davam edəcək.

Sərgidə “sərt üslubun” liderlərindən biri olan rəssamın Tretyakov qalereyası, Dövlət Rus Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Tahir Salahovun ev-muzeyinin ekspozisiyasından və şəxsi kolleksiyalardan əsərləri nümayiş ediləcək. (AzərTac)


Tags:  Tahir Salahovun Tretyakov Qalereyasında sərgisi olacaq


RƏYLƏR


Top news