Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Daha bir ölkə Azərbaycanda səfirlik açmaq istəyir

Daha bir ölkə Azərbaycanda səfirlik açmaq istəyir

Date: 7 January 2016 16:12

Kosta Rika Azərbaycanda səfirlik açmaq niyyətindədir.

Milli.Az bildirir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Kosta Rika Respublikasının Xarici İşlər və Etiqad Nazirliyindən daxil olmuş notada Kosta Rikanın 2016-cı ildə Azərbaycanda səfirlik açmaq niyyəti ifadə olunub.

Azərbaycan XİN tərəfindən verilmiş cavab notasında Kosta Rikanın bu qərarının alqışlandığı və səfirliyin fəaliyyətinin iki ölkə arasında əlaqələrin inkişafına mühüm töhfə verəcəyi qeyd olunub.

Milli.Az


Tags:  ölkə Azərbaycanda səfirlik açmaq istəyir


RƏYLƏR


Top news