Çin: çökmüş mədəndə qalan 11 şaxtaçını xilas etmək mümkün olmayıb

Çin: çökmüş mədəndə qalan 11 şaxtaçını xilas etmək mümkün olmayıb
16:23 7 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 yanvar, AZƏRTAC
Çinin Şensi əyalətində mədənin çökməsi nəticəsində orada qalan 11 şaxtaçının həyatını xilas etmək mümkün olmayıb. Bu barədə yerli KİV-lər məlumat yayıb.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, yanvarın 6-da Şenmu rayonunda yerləşən kömür şaxtasında süxurların çökməsi nəticəsində 49 şaxtaçı torpaq altında qalıb. Onlardan 38-i bir neçə saat sonra xilas edilib. Digər şaxtaçıların çökmüş mədəndən çıxarılması cəhdləri nəticəsiz qalıb.
Bir qədər əvvəl şaxtaya enən xilasedicilərin həlak olan 3 nəfərin cəsədini aşkarladığı bildirilib. Axtarış-xilasetmə əməliyyatları davam edir. Şaxtada toplanan müxtəlif qazların yüksək konsentrasiyası xilasedicilərin işini çətinləşdirir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/CHin_chokmus_medende_qalan_11_saxtachini_xilas_etmek_mumkun_olmayib-916703

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR