Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Hansı tanınmış "Qızıl Məryəm"in həyat yoldaşı olub?

Hansı tanınmış "Qızıl Məryəm"in həyat yoldaşı olub?

Date: 7 January 2016 16:27

Yanvarın 5-də Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi-17 ünvanında qətlə yetirilən 1960-cı il təvəllüdlü Məryəm Naməd-zadənin həyatı ilə bağlı şok fakt məlum olub. 

Milli.Az xəbər verir ki, femida.az Məryəm Namədzadənin həyat yoldaşı ilə bağlı məlumat əldə edib. Belə ki, mərhumənin həyat yoldaşı Mehman Hüseynov Qarabağ qazisi olub. Qarabağ müharibəsi illərindən bəhs edən "Fəryad" filminin də qəhrəmanı məhz odur. Mehman Hüseynov Milli Ordumuzun Şıx batalyonun ilk könüllülərindən və batalyonda tağım komandiri olub.

1991-ci ilin dekabrında Kərkicahanda düşmənlə qeyri-bərabər döyüşdə sonacan müqavimət göstərmiş, sursatları bitmiş, əsgərlərimizin çoxu həlak olmuş, Mehman yaralı vəziyyətdə əsir düşmüşdü.

Həmin illərdə 9 nəfər əsgəri ilə mühasirədə olduğu evdən 80 ermənini məhv edən Mehman 2 ay əsirlik həyatından sonra xilas olub. Onun Məryəm xanımla evliliyindən Günel Hüseynova adlı qızları dünyaya gəlib. Anasının qətlində adı hallanan qız məhz həmin qızdır. Qarabağda çətin döyüş yolu keçmiş Mehman Hüseynov isə 2015- ci ilin mayın 12-də qəfildən ürəktutmasından vəfat edib.

Milli.Az


Tags:  Hansı tanınmış Qızıl Məryəmin həyat yoldaşı olub


RƏYLƏR


Top news