Bəzi dərmanların dövriyyəsinin qadağan edilməsi ilə bağlı açıqlama

Bəzi dərmanların dövriyyəsinin qadağan edilməsi ilə bağlı açıqlama
16:29 7 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

 

Dövlət Gömrük Komitəsi (DGK) bəzi kütləvi informasiya vasitələrində müəyyən dərman vasitələrinin dövriyyəsinin qadağan edilməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar açıqlama yayıb.

 

DGK-nin mətbuat xidmətindən APA-ya daxil olan açıqlamada bildirilir ki, dərman vasitələri haqqında müvafiq qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən dərman vasitələrinin gömrük orqanı tərəfindən gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi dərman vasitələri müvafiq qaydada dövlət qeydiyyatına alınmaqla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəyi və icazəsi əsasında həyata keçirilir: “Eyni zamanda, ölkəyə gətirilən dərman vasitələrinin mal partiyaları üzərində gömrük nəzarətinin və gömrük rəsmiləşdirilməsinin, o cümlədən Səhiyyə Nazirliyi tərəfindən təqdim olunmuş rəy və icazə sənədlərindəki məlumatların gətirilən mallarla uyğunluğuna nəzarətin daha da gücləndirilməsi və bu sahədə dövlət nəzarətinin səmərəliyinin artırılması məqsədilə Səhiyyə Nazirliyinin müvafiq qurumları ilə əlaqələndirilmə işinin  genişləndirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

 

Həmçinin, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən dərman vasitələrinin ölkə sərhədindən qanunsuz keçirilməsinin qarşısının alınması ilə əlaqədar müvafiq tədbirlər həyata keçirilib və nəticəsi üzrə  görülmüş işlər haqqında məlumatlar mütəmadi olaraq ictimaiyyətə çatdırılıb”.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227838

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR