Şəmkir sakini özünü güllələdi

Şəmkir sakini özünü güllələdi
16:41 7 Yanvar 2016
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəmkir sakini özünü güllələyib.

Şəmkir Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, rayonun Ələsgərli kənd sakini, 1986-cı il təvəllüdlü Eldəniz Vəliyev ov tüfəngini təmizləyərkən özünə atəş açıb. Sağ qoltuqaltı nahiyəsindən yara alan 30 yaşlı kişi dərhal Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanada yaralıya tibbi yardım göstərilib. Onun vəziyyəti orta-ağırdır.

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerindən “BUM” markalı tüfəng götürülüb.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Hələlik hadisənin intihar yaxud ehtiyyatsızlıq səbəbindən baş verdiyi araşdırılır.

Dekabrın 30-da da Saatlı rayonunda 18 yaşlı qız ehtiyatsızlıqdan özünü güllələyib.

1997-ci il təvəllüdlü Könül Balaşirin qızı Rəhmanova yaşadığı evdə ov tüfəngi ilə ehtiyatsız davranaraq özünə atəş açıb. Yaralı aldığı ağır bədən xəsarətləri ilə dərhal Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Polis əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədi olmayan “TOZ-63” markalı tüfəng götürülüb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=369099

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR