Belçikalı iş adamı Hafiz Məmmədovun klubunu almaq istəyir

Belçikalı iş adamı Hafiz Məmmədovun klubunu almaq istəyir
16:57 7 Yanvar 2016
24 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 7 yanvar. REPORT.AZ/ Azərbaycanlı iş adamı Hafiz Məmmədova məxsus Fransanın "Lans" klubuna yeni müştəri çıxıb. "Report"un "France 3"ə istinadən verdiyi məlumata görə, bu, "Century 21 Benelux" elit daşınmaz əmlak şirkətinin baş direktoru Qreqori Makedir.
Belçikalı biznesmen "Lans"ın 2,5 milyon avro borcunu ödəməyə hazırdır. O, həmçinin ilk mövsümündə kluba 15 milyon avro sərmayə qoyacağına söz verib. Q.Make müqavilə ilə bağlı məsələləri yekunlaşdırmaqdan ötrü şəxsən H.Məmmədovla görüşmək niyyətindədir. Görüş gələn həftə baş tuta bilər.
Yeni müştərinin fikrincə, klubun hazırkı sahibi müzakirədə maraqlı olacaq və buna müsbət yanaşacaq. Lakin Fransa və Azərbaycan arasındakı məsafə müzakirələrin daha tez yekunlaşmasına mane ola bilər.
Qeyd edək ki, Hafiz Məmmədov Fransanın "Lans" klubuna 2013-cü il iyulun 4-də sahib olub. Klub növbəti il Fransanın yüksək liqasına vəsiqə qazansa da, maliyyə sıxıntısı üzündən yenidən aşağı diviziona yuvarlanıb.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/belcikali-is-adami-hafiz-memmedov

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR