Gömrük Komitəsindən ATV-yə sərt cavab - video

Gömrük Komitəsindən ATV-yə sərt cavab - video
17:06 7 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Ötən gün ATV telekanalı Gürcüstan-Azərbaycan sərhəddində, Sınıqkörpü Sərhəd Keçid Məntəqəsində baş verən qanun pozuntuları haqda material hazırlayıb.

Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, xəbər aparıcısı süjeti bu təqdimatla efirə verib:

“Qanun icra üçün verilir, gömrük sahəsində islahatların reallaşmaması qanunun icra olunmaması təbii ki vətəndaşı narahat edir. Demək hazırda əl yükü kimi 10 kq məhsul keçirməyə icazə verilsə də bu yük deyəsən kiməsə ağır gəlir nəticə etibarilə çəkisindən asılı olmayaraq yük yenə də sadə vətəndaşın üzərinə düşür.”

Süjetdə isə keçid məntəqəsində ciddi problemlərin olduğu bildirilir, müsahibə verən vətəndaşlar gömrük əməkdaşlarının qanunsuz hərəkətlərindən danışırlar.

Bu gün isə Dövlət Gömrük Komitəsinin mətbuat xidməti telekanalın hazırladığı materiala sərt cavab verib. Qurumun mətbut xidmətindən daxil olan xəbərdə bildirilir ki, “Azad Azərbaycan” televiziyasının efirində yayımlanan “Atv xəbər “ verilişindəki süjetdə gömrük postunun qarşısında çəkilən kadrlar əsasında hazırlanan süjetdə gömrük sahəsində həyata keçirilən islahatlara guya əməl olunmamasından, qanunların pozulmasından danışılır.

Komitənin cavabında yazılır:
 
“Müşahidələr göstərir ki, bəzi medya orqanları ölkədə yaranan iqtisadi mühitdən istifadə edərək qərəz, reytinq, qeyri-peşəkarlıq vəya məlumatsızlıq nəticəsində həqiqətə uyğun olmayan yalan və böhtan xarakterli məlumatlar yaymağa çalışır. Yanvarın 6-da saat 21:00-da “Azad Azərbaycan” televiziyasının efirində yayımlanan “Atv xəbər” verilişindəki süjetdə də bu qəbildən olan məlumatlar öz əksini tapıb. Süjetdə dövlət sərhədini keçdiyi ehtimal olunan və titrlərdə adı, soyadı əks olunmayan şəxslərdən alınan müsahibə əsasında verilən informasiyaya görə sözügedən gömrük postunda Gürcüstandan gələn vətəndaşlara guya 10 kq əl yükünü keçirməyə icazə verilmir və gömrük əməkdaşları “qanunlara etinasizliq göstərərək” gömrük sərhədindən istədikləri qədər yükü buraxır və ya ümumiyyətlə buraxmır. Üstəlik gömrükçülərin vətəndaşlarla davranış qaydalarına əməl etmədiyi və onlarla kobud davrandığı iddia olunur.

Sözügedən reportajın qeyri peşəkarcasına hazırlandığı göz qabağındadır. İlk növbədə 10 kq əl yükü deyildikdə nədən bəhs olunduğu, hansı qanun və ya qaydaya əsasən bu fikirlərin səsləndirildiyi faktlarla əsaslandırılmalıydı. Bununla bağlı Dövlət Gömrük Komitəsi bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydalari” nın 2.1.11-ci maddəsinə əsasən fiziki şəxslər gömrük sərhəddindən 10 kiloqrama qədər ərzaq məhsullarını (nərə cinsli balıq istisna olmaqla) hər hansı rüsum ödəmədən keçirə bilərlər və gömrük keçid məntəqələrində bu qanuna tam əməl olunur.

Adları, dövlət sərhədini hansı məqsədlərlə keçdiyi belə bilinməyən şəxslərin diliylə dövlətin iqtisadi təhlükəsizliyini təmin edən qurumlarından birinin qanunları pozmaqda ittiham etmək isə absurddur. Süjeti hazırlayanların diqqətinə çatdırırıq ki, Dövlət Gömrük Komitəsi gömrük sərhədindən mal və nəqliyyat vasitələrinin keçidini Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS) vasitəsilə həyata keçirir , bütün gömrük postları 24 saat ərzində yüzlərlə kamera ilə izlənilir və proseslər qeydə alınır. Bu sistemin imkanlarından istifadə edərək apardığımız araşdırma zamanı məlum oldu ki, süjetdə müsahibəsi təqdim olunan qadın Azərbaycan Respublikası vətəndaşı, Qazax rayon sakini Sona İsmayılovadır. 57 yaşlı Sona İsmayılova son bir ayda dövlət sərhədini 62 dəfə keçib.

Süjetdə istədiyi qədər “əl yükünü” keçirə bilmədiyi üçün “dolana bilmədiyini” iddia edən Azərbaycan Respublikası vətəndaşı, Qazax rayon sakini 1984-cü il təvəllüdlü Tural Namazov isə ötən ilin dekabr ayının 8-dən bugünədək dövlət sərhədini 102 dəfə keçib və 07 yanvar 2016 tarixində yenidən Gürcüstan Respublikasına səyəhət edib. Maraqlısı isə odur ki, “dolana bilmədiyini” iddia edən Tural Namazov hər dəfə özü ilə 3 blok siqaret gətirib ki, bu da ümumilikdə 1530 qutu deməkdir. Yəqin ki, Tural Namazovun dilindən dövlətin strateji qurumlarından birinin fəaliyyətini şübhə altına alanlar onun bu qədər siqareti şəxsi istifadə üçün gətirdiyini iddia edə bilməzlər.

Gömrük əməkdaşlarının vətəndaşlarla kobud davranışına gəlincə isə konkret bunu iddia edən Sona İsmayılova ilə gömrükçülərin necə davrandığını aşağıdakı videodan aydın görmək olar.

Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə görə hər hansı məlumat yayımlanmadan öncə aidiyyatı qurumların da rəyi öyrənilməlidir ki, sözügedən süjet hazırlanarkən Dövlət Gömrük Komitəsinin rəyi öyrənilməyib.

Dövlət Gömrük Komitəsi bir daha bütün media qurumlarını və onların əməkdaşlarını fəaliyyətləri zamanı qərəzsizliyə, peşəkarlığa, olkə qanunlarına hörmət etməyə etməyə çağırır.

Yalan və böhtan xarakterli məlumat yayanlar bilməlidir ki, milyonlarla izləyicisi olan auditoriya vasitəsilə yaydıqları həqiqətə uyğun olmayan məlumata görə özləri də qanun qarşısında məsuliyyət daşıyırlar”.

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Messi günahını boynuna almadı: “Hakimə söyməmişəm”

30 Mart 2017 00:59

“Elektron ipoteka” sistemi “Elektron hökumət”-ə qoşuldu

30 Mart 2017 00:44

SON DƏQİQƏ: Bağdadda partlayış baş verib -

30 Mart 2017 00:42

Bağdadda partlayış: 13 ölü, 40 yaralı

30 Mart 2017 00:39

Türkiyədə klub prezidentinə silahlı hücum

30 Mart 2017 00:34

Möhkəm sümüklər, sağlam ürək və qaraciyər -

30 Mart 2017 00:26

"Yutub"da uşaqlar üçün TƏHLÜKƏLİ VİDEOLAR - Valideynlərə xəbərdarlıq!

30 Mart 2017 00:23

29 yaşlı oğlan bıçaqlandı - Gədəbəydə

30 Mart 2017 00:14

Uşağın immunitetini necə möhkəmləndirək?

30 Mart 2017 00:05

Günün qoroskopu: ən çox qaçdığınız nöqsandan qurtulmaq çətindir

30 Mart 2017 00:05

Böhran zamanı ən yaxşı biznes hansıdır?

29 Mart 2017 23:58

On beş il bar verməyən ağacın meyvəsi

29 Mart 2017 23:57

UEFA prezidenti sözünün üstündə durdu

29 Mart 2017 23:57

Vəzərinin yarpaq və toxumları vitaminlərlə zəngindir

29 Mart 2017 23:57

Türkiyə Suriyada yeni əməliyyat keçirə bilər

29 Mart 2017 23:54

Meşədə qaçan naməlum varlıq kameraya tuş gəldi - ŞOK VİDEO

29 Mart 2017 23:53

Vitamin çatışmazlığının ƏSAS SİMPTOMLARI

29 Mart 2017 23:52

Möhkəm sümüklər, sağlam ürək və qaraciyər. KÜNCÜTün inanılmaz faydaları

29 Mart 2017 23:52

"Daha bir il burada qala bilərəm"

29 Mart 2017 23:52

Maddələr mübadiləsini sürətləndirməyin 10 QIZIL QAYDASI

29 Mart 2017 23:52

Avropa çempionatı:

29 Mart 2017 23:44

Aralarında 5, 10, hətta, 20 yaş fərq var - SİYAHI - FOTO

29 Mart 2017 23:42

Xoşbəxt sevgili olmaq üçün 5 QAYDA

29 Mart 2017 23:42

Müalicəvi zəlinin saxlanılma qaydası

29 Mart 2017 23:42

Yəməndə "Əl-Qaidə" silahlıları məhv edilib

29 Mart 2017 23:42

Azərbaycanda yeni istifadəyə verilən yoldan möhtəşəm görüntü - FOTO/VİDEO

29 Mart 2017 23:38

Limonun inanılmaz faydaları

29 Mart 2017 23:37

Viktoriya bunu ilk dəfə edir

29 Mart 2017 23:32

58 yaşı olsa da, cazibədarlığı heyran etdi - FOTO

29 Mart 2017 23:32

Yerfındığının faydaları

29 Mart 2017 23:32

Hamilə qalmaq istəyənlər içsin - XÜSUSİ RESEPT

29 Mart 2017 23:32

"Yuventus"un futbolçusu üçün mövsüm bitdi

29 Mart 2017 23:32

Trampın reytinqi düşməyə davam edir -

29 Mart 2017 23:26

Ürək üçün faydalı, həyat üçün zəhərli

29 Mart 2017 23:22

AÇ-2017: İkinci gün 1 qızıl və 2 bürünc medal qazandıq

29 Mart 2017 23:22

Trampa dəstək reytinqi antirekord vurdu

29 Mart 2017 23:19

Türkiyə "Fərat qalxanı" əməliyyatının başa çatdığını bəyan edib

29 Mart 2017 23:12

Banka borcu var idi, intihar etdi

29 Mart 2017 23:12

Təsir gücü bitkilərdən də üstün olan göbələklər

29 Mart 2017 23:12

Heyvanlar da yuxu görür?

29 Mart 2017 23:12

Sabiq turizm naziri həbs olundu - FOTO

29 Mart 2017 23:08

Dodaqlarda yaşayan qorxunc virus

29 Mart 2017 23:05

Banka borcu olan kişi özünü öldürdü - Şəkidə

29 Mart 2017 23:04

"Runi "Mançester Yunayted"dən ayrılmaq istəsə, onun qərarına hörmət etməliyik" -

29 Mart 2017 22:58

Bu reyslərdə planşet və noutbuklara icazə verildi

29 Mart 2017 22:57

Ağcabədidə 13 yaşlı məktəbli qızı qaçırdılar - CİNAYƏT

29 Mart 2017 22:53

Sağlam və parlaq saçlar üçün YUMURTA MASKASI

29 Mart 2017 22:52

Colidən növbəti xeyirxah addım

29 Mart 2017 22:52

Hava limanına Ronaldonun adı verildi - FOTO

29 Mart 2017 22:43

"Fərat Qalxanı" əməliyyatı başa çatdı -

29 Mart 2017 22:43