Ağcabədidə məktəblilərin Heydər Əliyev Mərkəzinə ekskursiyası davam edir

Ağcabədidə məktəblilərin Heydər Əliyev Mərkəzinə ekskursiyası davam edir
17:23 7 Yanvar 2016
21 Digər
Ölkə mətbuatı
A- A+


Ağcabədi, 7 yanvar, AZƏRTAC
Ağcabədi şəhərindəki Heydər Əliyev Mərkəzinə məktəblilərin ekskursiyası davam edir.
AZƏRTAC xəbər verir ki, şəhər 12 nömrəli tam orta məktəbin şagirdləri əvvəlcə Ulu Öndərin Ağcabədi şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət edib, Heydər Əliyev Mərkəzində dahi liderin keçdiyi şərəfli həyat yolunu, Azərbaycana rəhbərliyinin hər iki dövrünü, Ağcabədi rayonuna səfərlərini əks etdirən fotoşəkillərlə, böyük şəxsiyyət haqqında yazılmış kitablarla, qəzet, jurnal və rəsmi sənədlərlə, həmçinin Mərkəzdə fəaliyyət göstərən dərnək üzvlərinin əl işləri ilə tanış olublar.
Ekspozisiya zalında şagirdlərə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar barədə ətraflı məlumat verilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Agcabedide_mekteblilerin_Heyder_Aliyev_Merkezine_ekskursiyasi_davam_edir-916734

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR