SOCAR: Naxçıvanda yeraltı qaz anbarının tikintisi aktual deyil

SOCAR: Naxçıvanda yeraltı qaz anbarının tikintisi aktual deyil
17:28 7 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. Maksim Tsurkov - Trend:

SOCAR yaxın perspektivdə Naxçıvan Muxtar Respublikasında (NMR) yeraltı qaz anbarının tikintisini aktual məsələ hesab etmir. Trend-in məlumatına görə, bunu ANS telekanalına müsahibəsində SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda qaza tələbatın artmasına baxmayaraq, NMR-də qaz istehlakı ildə orta hesabla 300 milyon kubmetr səviyyəsindədir, buna görə də orada qaz anbarının tikintisinə ehtiyac yoxdur.

V.Əliyev qeyd edib ki, ölkədə köhnə qaz yataqlarının - Qaradağ və Qalmaz - əsasında iki yeraltı qaz anbarı var: "Hazırda onların tutumu 4,5 milyard kubmetrədək təşkil edir ki, bu da Azərbaycanda daxili qaz istehlakının 30-35 faizini təşkil edir. Bu həcmlər qaza tələbatı ödəmək üçün kifayətdir".

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2477741.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR