Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

İsmayıllıda cari mövsümdə 800 hektara yaxın sahədə kartof əkiləcəyi gözlənilir

İsmayıllıda cari mövsümdə 800 hektara yaxın sahədə kartof əkiləcəyi gözlənilir

Date: 7 January 2016 17:28


İsmayıllı, 7 yanvar, AZƏRTAC 
İsmayıllı rayonunda cari mövsümdə kartof əkini sahələrinin 800 hektara yaxın olacağı gözlənilir. Ötən il rayonda 785 hektarda kartof əkilib, 6790 ton məhsul yığılıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, kartof əkiləcək bütün ərazilərdə şum çıxarılması başa çatıb. Əkin üçün 1200 ton toxumluq kartof tədarük olunub. Daha 800 ton məhsuldar toxum alınacaq. Əkində əsasən yerli şərait üçün əlverişli olan sarıçiçək, kandora, impala, primura sortlarından istifadə olunur.
Vegetasiya prosesinin daha tez başlandığı cənub ərazilərdə, o cümlədən Aşıqbayramlı, Kürdmaşı, Gəraybəyli və bir sıra digər ərazi vahidlərində artıq əkinə hazırlıq işləri tam başa çatdırılıb. Hava şəraitindən aslı olaraq fevral ayının əvvəllərindən etibarən bu yerlərdə kartof əkiləcək. Şimal ərazilərdə - Burovdal, Müdrü, Əhən, Sulut ərazi vahidlərində isə torpaq mülkiyyətçiləri fevralın axırı və martın əvvəllərində əkin aparacaqlar.
 

Tags:  İsmayıllıda cari mövsümdə 800 hektara yaxın sahədə kartof əkiləcəyi gözlənilir


RƏYLƏR


Top news