”ASAN məktub” layihəsi davam etdirilir

”ASAN məktub” layihəsi davam etdirilir
17:28 7 Yanvar 2016
38 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 yanvar, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “ASAN Könüllüləri” təşkilatı ilə birlikdə ”ASAN məktub” layihəsini uğurla davam etdirir.
Komitədən AZƏRTAC-a bildiriblər ki, layihənin keçirilməsində məqsəd həssas təbəqədən olan, 14 yaşınadək uşaqların arzu və istəklərinin reallaşdırılmasıdır. Bu dəfə Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin köməkliyi ilə qəsəbədə yaşayan, aztəminatlı ailələrdən olan 15 uşağın məktubda yazdığı hədiyyələr öhdəçiliyə götürüb xeyirxah vətəndaşlardan təhvil alınaraq, aidiyyatı üzrə öz sahibinə təqdim edilib.
Qeyd edək ki, hər bir vətəndaş www.asanmektub.az saytına daxil olaraq, bir uşağın məktubunu öhdəsinə götürməklə onları sevindirə bilər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ASAN_mektub_layihesi_davam_etdirilir-916736

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR