Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qoduğa minən kişi məhkəməyə verildi - FOTO

Qoduğa minən kişi məhkəməyə verildi - FOTO

Date: 7 January 2016 17:32

İspaniyanın Kordova vilayətindəki Lusena şəhərində  "Platero" adlı qoduğun ölümünə səbəb olmuş 38 yaşlı kişi məhkəməyə verilib.

Milli.Az El Pais-ə istinadən bildirir ki, çəkisi 136 kq olan kişi Milad bayramında şəhərin mərkəzi meydanlarından birindəki bayram əyləncəsinə qatılmışdı. O, zarafatla "İndi eşşəyə minib çapacağam" deyib və yaxınlıqdakı "Platero"nun belində oturub.
Qoduq bu yükə davami gətirməyib və ölüb.

İspaniyada uzunqulaqların hüquqlarının müdafiəsi ilə məşğul olan "El Refugio Del Burrito" təşkilatı da bu kişini "amansız qatil" adlandıraraq onu məhkəməyə verib.

5 aylıq "Platero"nun ölümünə səbəb olmuş kişinin məhkəməsi gələn həftə başlandı.
Kişiyə qarşı irəli sürülmüş ittihamlar təsdiqlənərsə, onu 18 aylıq həbs gözləyir.

Milli.Az




Tags:  Qoduğa minən kişi məhkəməyə verildi FOTO

RƏYLƏR


Top news