Azərbaycanda anadangəlmə ürək qüsurlu uşaqların daha çox hansı bölgədə doğulduğu açıqlanıb

Azərbaycanda anadangəlmə ürək qüsurlu uşaqların daha çox hansı bölgədə doğulduğu açıqlanıb
17:42 7 Yanvar 2016
30 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 7 yanvar. REPORT.AZ/ Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının angioqrafiya laboratoriyasının müdiri, invaziv kardioloqu Qalib İmanov universitetin mətbuat xidmətinə müsahibə verib. "Report" ATU-ya istinadən həmin müsahibəni təqdim edir: 
- Son illər bütün dünyada ürək-damar xəstəlikləri sürətlə artıb. Azərbaycanda vəziyyət necədir? Bu xəstəliklərdən əziyyət çəkənlərin sayında artım varmı?
- Ürək-damar xəstəlikləri təkcə Azərbaycanda deyil, dünyanın bütün ölkələrində artır.Bunun dünyada qəbul olunmuş statistikası var. Bu statistikaya uyğun olaraq, Azərbaycanda da onkoloji xəstəliklərlə bərabər, ürək xəstəlikləri də çox yayılıb. Ürək xəstəliklərindən ölənlərin sayı şiş xəstəliklərindən dünyasını dəyişənlərlə müqayisədə iki-üç dəfə çoxdur. Ürək-damar xəstəlikləri hələ də dünyada ən çox ölümə və əlilliyə səbəb olan xəstəlikdir. Bununla bağlı bizə müraciətlər çox olur: həm böyüklər, həm də uşaqlar arasında bu xəstəliyə rast gəlinir.
Böyüklər əsasən arterial hipertoniya, ürəyin işemik xəstəliyi ilə bağlı müraciət edirlər. Uşaqlara isə daha çox anadangəlmə ürək qüsurları diaqnozu qoyulur. Məsələn, Avropa ölkələrində ürəyin işemik xəstəliyi geniş yayılıb. Müalicəsində müəyyən irəliləyişlər olsa da, statistikaya görə, hələ ki, bu xəstəlikdən əziyyət çəkənlərin sayı həddindən artıq çoxdur. Anadangəlmə ürək qüsurları xəstəliyi inkişaf etməmiş ölkələrdə daha çox yayılıb. Avropada, Amerika kimi ölkələrdə isə demək olar ki, bu xəstəliyə rast gəlinmir.
- Anadangəlmə ürək qüsuru hamiləliyin hansı həftəsində aşkar edilir?
- Bu xəstəlik prenatal dövrdə, yəni ana bətnində erkən həftələrdə artıq aşkar olunur. Körpə dünyaya gələn kimi əməliyyatla aradan qaldırılır. Əgər ağır qüsurdursa, hamiləlik yarımçıq dayandırılır. Beləliklə, anadangəlmə ürək xəstəliyi ilə doğulmuş uşaqların sayı azalmış olur. Xarici ölkələrdə anadangəlmə ürək xəstəliklərini əməliyyat edən mərkəzlər var. Bura daha çox şərq ölkələrindən, inkişaf etməmiş ölkələrdən xəstələr gəlirlər. Azərbaycanda, xüsusən cənub bölgələrində anadangəlmə ürək xəstəlikləri ilə doğulan uşaqların sayı daha çoxdur. Bu da həmin bölgələrdə qohum evliliyinin daha çox olmasından irəli gəlir. Bizdə prenatal, yəni ana bətnində müayinələr artıq 5 ildir aparılır. Düzdür, bu haqda insanların maarifləndirilməsi vacibdir. Çünki çox adamın bu barədə məlumatı yoxdur. Bir çox ginekoloqlarımız artıq bunu bilir və hansı xəstələrin fetalexokardioqrafiya göstərişi varsa, yönləndirirlər kardioloqa. Biz də xəstəni müayinə edirik, onda bu qüsur varsa və yüngül hesab ediriksə, bu haqda onun ailəsinə bildiririk. Əməliyyat vasitəsi ilə hər şey öz yoluna düşür. Yox əgər ağır qüsurdursa, ailə ilə məsləhətləşib, valideynlərin razılığı ilə hamiləliyi sonlandırırıq. Lakin elə qüsurlar da aşkar olunur ki, heç bir əməliyyata ehtiyac olmadan problem həll olunur. Hazırda invaziv kardiologiyada da bir çox əməliyyatlar qapalı yolla həyata keçirilir.
- Məsələn, hansı xəstəliklər?
- Qulaqcıqlar arası çəpər defektinin bağlanması, qapaqlarda olan daralmaların aradan qaldırılması. Bunlar əvvəllər açıq, ağır əməliyyatla aradan qaldırılırdı, indi isə qapalı yolla bir damardan iynə ilə girməklə, bütün bu problemi həll edirsən. Əməliyyatdan sonra xəstədə heç bir çapıq, iz qalmır. Bu əməliyyatlarla artıq 9 ilə yaxındır ki, Azərbaycanda məşğuluq. İstifadə olunan aparatlar bahalı olduğu üçün əməliyyat sayımız çox deyil. Çünki qapalı əməliyyat açıq əməliyyatdan daha baha başa gəlir. Düşünürük ki, yəqin sığorta sistemi qurulandan sonra bu cür xəstələrdə qapalı yolla müalicə riskinin, əməliyyat ağırlaşmalarının qarşısını alacağıq.
- Bəs hazırda Azərbaycanda ürək xəstələrində ən aktual problem hansıdır?
- Ürəkdə ən aktual problem arterial hipertoniyadır. Təzyiq, şəkər xəstələri əvvəlki illərlə müqayisədə artır və xəstəlik cavanlaşır. Ürək xəstəliklərinə əsasən, düzgün qidalanmamaq, oturaq həyat səbəb olur. Əlbəttə ki, zərərli vərdişlər də, məsələn, siqaret həddindən çox çəkilirsə, spirtli içkilər çox qəbul olunursa, bu xəstəliklərin də yaranma riski çoxalır. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İranda 5,4 bal gücündə zəlzələ baş verib

24 İyul 2017 08:51

Kompüteriniz üçün maraqlı şəkillər - FOTOSESSİYA

24 İyul 2017 08:47

İş yerində yatanlara ƏLA İMKAN

24 İyul 2017 08:42

Kabildə törədilən partlayış nəticəsində ölənlərin sayı 20-yə çatıb - YENİLƏNİB

24 İyul 2017 08:42

Əmmanda İsrail səfirliyinə hücum nəticəsundə ölənlərin sayı artıb

24 İyul 2017 08:42

28 milyonluq dünya ulduzu Türkiyə klubunda

24 İyul 2017 08:37

Murad Bozun tərəf müqabili tanınmaz halda - FOTO

24 İyul 2017 08:32

2 otaqlı ev yanıb

24 İyul 2017 08:27

Bakıda "BMW" yanıb

24 İyul 2017 08:22

Rusiyada içərisində azərbaycanlıların da olduğu mikroavtobus aşıb: 2 ölü, 4 yaralı

24 İyul 2017 08:22

Bakıda qayınana kürəkənini bıçaqlayıb

24 İyul 2017 08:22

Məşhur aktrisa anasının atasını öldürməyindən danışdı

24 İyul 2017 08:22

28 yaşlı qadın dərmandan zəhərlənib

24 İyul 2017 08:12

Dənizdə 1 nəfər xilas edilib

24 İyul 2017 08:12

Yol qəzasında 4 nəfər xəsarət alıb

24 İyul 2017 08:12

Ötən gün Xəzər dənizində 1 nəfər batıb, 2 nəfər xilas edilib

24 İyul 2017 08:06

Muzeylər kafe və restoran biznesindən də pul qazanacaqlar

24 İyul 2017 08:05

"Soçi görüşü Azərbaycan ilə Rusiya arasında münasibətlərin inkişafı üçün böyük əhəmiyyət daşıyır"

24 İyul 2017 08:05

Arı pətəyini dağıtdı, həyatını itirdi - ŞOK ÖLÜM

24 İyul 2017 08:03

Rusiyada yanğında 5 nəfər ölüb

24 İyul 2017 07:57

Kabildə terrorçu-kamikadze özünü partlatdı

24 İyul 2017 07:49

Suriyada partlayış: 50 ölü

24 İyul 2017 07:42

Bu balıq görənləri təəccübləndirdi - FOTO

24 İyul 2017 07:37

Reyhan - min bir dərdin dərmanı

24 İyul 2017 07:23

45 yaşlı qadının öd kisəsindən 200 daş çıxdı - FOTO

24 İyul 2017 07:22

Yaponiya sahillərində 5,7 bal gücündə zəlzələ baş verib

24 İyul 2017 07:17

İran və İraq müdafiə sahəfində protokol imzalayıblar

24 İyul 2017 07:12

Polşada etiraz aksiyaları genişlənir -

24 İyul 2017 07:09

Necə edək ki, qabaran keks çökməsin? - MƏSLƏHƏT

24 İyul 2017 07:05

Ağstafada qəza: 4 yaralı

24 İyul 2017 06:33

Fərqli Luma - FOTO

24 İyul 2017 06:32

Sürücünü hamının gözləri qarşısında güllələdilər -

24 İyul 2017 06:15

Yaponiya silkələndi - 5,7 bal

24 İyul 2017 05:33

Kurort kolleksiyası - FOTO

24 İyul 2017 05:32

Bərdədə ev yandı

24 İyul 2017 05:09

Dəhşətli təyyarə qəzalarının anbaan görüntüləri -

24 İyul 2017 04:33

Şabranda müəllim maşını aşırıb, 3-ü uşaq olmaqla 5 nəfər xəsarət alıb

24 İyul 2017 04:32

Kirstin həmişəki kimi parladı - FOTO

24 İyul 2017 04:32

İran və İraq müdafiə sahəsində protokol imzaladılar

24 İyul 2017 03:58

Yenə də Sara - FOTO

24 İyul 2017 03:32

Vaşinqton Moskvanı yenə cəzalandıracaq -

24 İyul 2017 03:28

Cüdoçularımız Avropa çempionu oldu - FOTOLAR

24 İyul 2017 03:03

Rusiyada içərisində azərbaycanlıların da olduğu mikroavtobus aşıb, 2 nəfər ölüb

24 İyul 2017 03:02

Rusiyada faciə: bir ailənin 5 üzvü yanaraq öldü

24 İyul 2017 02:39

İsrail mövqeyini yumşalda bilər

24 İyul 2017 02:39

Benksi sənətinin parodiyası - FOTO

24 İyul 2017 02:32

Bakıda yeni dələduzlar peyda olub - VİDEO

24 İyul 2017 02:18

Almaniyanın ən yaxşı futbolçusu bəlli oldu

24 İyul 2017 01:49

Suriya ordusu əməliyyatları dayandırdı

24 İyul 2017 01:45

Üzən otel, katamaran - FOTO

24 İyul 2017 01:32