Ötən il 501 çoxmərtəbəli binaya qaz verilib

Ötən il 501 çoxmərtəbəli binaya qaz verilib
17:43 7 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

“Azəriqaz” İstehsalat Birliyi 2015-ci ilin dekabr ayında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 69 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.

Trend SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, həmin binalarda ümumilikdə 3235 ailə yaşayır.

Ümumiyyətlə, ötən il ərzində təbii qazla təchiz edilmiş hündürmərtəbəli binaların sayı 501 olub ki, həmin binalarda da 11 327 mənzil var.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2477848.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR