İran Həccdən imtina edə bilər

İran Həccdən imtina edə bilər
17:46 7 Yanvar 2016
28 Digər
Ölkə mətbuatı
A- A+

Məşhur "Forbes" jurnalı iddia edir ki ,Səudiyyə Ərəbistan və İran arasında münasibətlərin pozulması ilə iranlılar Məkkə - Həccdən imtina edə bilərlər.

ANS PRESS-in adıçəkilən jurnala istinadən verdiyi məlumata görə, hər il Səudiyyə Ərəbistana təxminən 100 minlərlə zəvvar ziyarətə gedir. Ölkəyə gələn zəvvarların 5 %-ni məhz iranlılar təşkil edir.

2014-cü ilin məlumatına görə, Həcc və Ümrə ziyarətləri hər il Ər -Riyadın xəzinəsinə ümumilikdə $18,6 milyard gətirir. Bu da ölkənin neft satışından əldə edilən məbləğin 10% -nə bərabərdir. Səudiyyə iqtisadçılarının hesablamalarına görə, hər bir əcnəbi bu ölkəyə səfər üçün təxminən 5000 dollardan keçir. Beləliklə, İranın Həccdən imtinası Səudiyyə Ərəbistana $ 3 milyard ziyan vura bilər.


Həcc ziyarəti

Səfirliklərin bağlanmasından sonra iranlıların Səudiyyə Ərəbistanına vizanı necə əldə edəcəyi də maraq çəkən məsələlərdəndir.

Ən son məlumata görə bütün İran diplomatları artıq Səudiyyə Ərəbistanı tərk edib. Tərəflər arasında münaqişənin gərginləşməsinə səbəb isə şiə məzhəbli alim Nimr əl Nimrin öldürülməsi olub.


Alim Nimr əl Nimr


Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl-Dzhubeyrin İranla diplomatik əlaqələrini pozduğunu elan etməsi ilə iranlı etirazçılar yanvarın 3-də Səudiyyə Ərəbistanın Tehrandakı səfirliyinə hücum ediblər.

Xatırladaq ki 2015 -ci ilin sentyabrında Məkkədə müşahidə olunan izdihamda yüzlərlə zəvvar həlak olmuşdu. Ölənlərin 200-dən çoxu İran vətəndaşı idi.


Həcc ziyarəti zamanı faciəli izdiham

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369117

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR