“Elektron sənədlərin mübadiləsi Qaydası”nda dəyişiklik olunub

“Elektron sənədlərin mübadiləsi Qaydası”nda dəyişiklik olunub
18:21 7 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Nazirlər Kabineti "Azərbaycan Respublikasında elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" qərarında dəyişikliklər edib.
 
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, dəyişikliklər "Elektron sənədlərin mübadiləsi Qaydası"nın "Dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələri elektron sənəd mübadiləsini Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat"ın müddəalarını nəzərə almaqla həyata keçirirlər." məzmunlu 1.3-cü bəndinə şamil edilib.
 
Dəyişikliklərə əsasən, "Dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələri" və "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində" sözləri müvafiq olaraq "Dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları" və "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında" sözləri ilə əvəzlənib.
 
CAHANGİR
 


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-40616-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR