Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tovuzda bəy havaya meydan oxudu, sevdiyinə belə qovuşdu - FOTO

Tovuzda bəy havaya meydan oxudu, sevdiyinə belə qovuşdu - FOTO

Date: 7 January 2016 18:22

Tovuzun dağ kəndlərinə yağan güclü qar bir neçə gün rayon mərkəzi ilə əlaqəni kəsib.

Amma rayonun ucqar yaşayış məskəni olan Kirəndə yaşayan Elxan Mansurov qeyri-sabit hava şəraitinə baxmayaraq, toyunun vaxtını dəyişməyib.

Onun qonşu dağ kəndi olan Molla Ayrımdan sevib-seçdiyi xanımla toyu elə qarlı-şaxtalı gündə gerçəkləşib.

"Niva" və "UAZ" markalı maşınlardan ibarət "toy karvanı"nın hərəkəti çətinliklə də olsa, mümkün olub. Maraqlı toy məclisi Tovuzda yerləşən şadlıq evlərindən birində baş tutub.

Qeyd edək ki, Tovuzun ucqar kəndlərindən olan Kirənə yeni ilin ilk həftəsində 1 metrə yaxın qar yağıb. 

Milli.Az






Tags:  Tovuzda bəy havaya meydan oxudu sevdiyinə belə qovuşdu FOTO

RƏYLƏR


Top news