Bakıda Milad bayramı qeyd olunub

Bakıda Milad bayramı qeyd olunub
18:28 7 Yanvar 2016
11 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 yanvar, AZƏRTAC
Bakıda yaşayan pravoslavlar Milad bayramını qeyd ediblər.
AZƏRTAC xəbər verir ki, kilsələrdə bayram ayinləri yerinə yetirilib. İsa peyğəmbərin mübarək mövludu ilə əlamətdar olan və hər il Azərbaycanda da xüsusi coşqu ilə qeyd edilən Milad bayramının əsas qayəsi sevgi, sülh, bağışlamaqdır. Milad bayramı münasibətilə təşkil edilən dini mərasimlərdə iştirak yeni dövrün başlanğıcını simvolizə etdiyinə görə xristianlar üçün xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin Azərbaycanın pravoslav xristian icmasına təbrikində bildirilir ki, bu gün dünyada nümunəvi tolerantlıq örnəyi, sivilizasiyalararası və mədəniyyətlərarası dialoq məkanı kimi tanınan ölkəmizdə tarixən dinlər əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində fəaliyyət göstərib, fərqli mədəniyyətlərin təmsilçiləri olan ayrı-ayrı xalqlar və etnik icmalar ümumi Vətən sevgisi, azərbaycançılıq məfkurəsi ətrafında sarsılmaz birlik və həmrəylik nümayiş etdiriblər. Bu gün cəmiyyətimizin ayrılmaz üzvləri olan xristian etiqadlı həmvətənlərimiz millətlərarası və dinlərarası münasibətlərə öz layiqli töhfələrini verərək ictimai-siyasi həyatın bütün sahələrində yaxından iştirak edirlər.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_Milad_bayrami_qeyd_olunub-916757

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR