Xalq Şairinin yeni kitabı çap olunub

Xalq Şairinin yeni kitabı çap olunub
18:38 7 Yanvar 2016
44 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 yanvar, Zərəngiz Mansurova, AZƏRTAC
Azərbaycan Aşıqlar Birliyinin (AAB) sədri, Xalq Şairi Zəlimxan Yaqub 2016-cı ilin ilk günlərində “Elm və təhsil” nəşriyyatında işiq üzü görən “Məni sabahıma qovuşdur, ana” adlı kitabi ilə oxucuların görüşünə gəlib.
AAB-dən AZƏRTAC-a bildirilib ki, topluda Zəlimxan Yaqubun indiyədək heç bir kitabına daxil edilməyən şeirləri, “Çanaqqala dastanı” və “Şuşada balam qaldı” poemaları və bir neçə hekayəsi daxil edilib.
Bildirilib ki, Zəlimxan Yaqubun yaradıcılığında Qarabağ müharibəsi mühüm önəm daşıyır. Şair kitabda yer alan “Şuşada balam qaldı” poemasını 10 yaşlı övladı Şuşada erməni gülləsinə tuş gələn bir oxucunun ona ünvanladığı məktubdan təsirlənərək yazıb.
Kitabin redaktoru Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğludur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xalq_Sairinin_yeni_kitabi_chap_olunub-916762

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR