Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nardaranın ağsaqqalı həbs olundu

Nardaranın ağsaqqalı həbs olundu

Date: 7 January 2016 18:42

Səbail Rayon Məhkəməsində Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılıb.

Milli.Az-ın məlumatına görə, report-un məhkəmədə olan əməkdaşı xəbər verir ki, onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçilib.

N.Kərimov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə) maddəsi ilə ittiham olunur. 

Milli.Az


Tags:  Nardaranın ağsaqqalı həbs olundu


RƏYLƏR


Top news