Sosial şəbəkələr - cəmiyyətin həllolunmaz problemi

Sosial şəbəkələr - cəmiyyətin həllolunmaz problemi
18:43 7 Yanvar 2016
40 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev - Trend:

Son illərdə bütün dünyada geniş istifadə olunmağa başlayan sosial şəbəkələr müsbət tərəfləri ilə yanaşı, cəmiyyətə mənfi təsirlərini də göstərməkdədir. Tez-tez “sosial şəbəkədə tanış olduğu yeniyetməni zorladı”, "qətlə yetirdi", "sosial şəbəkə ailəni dağıtdı" və s. kimi xoşagəlməz xəbərləri izləyirik və ya kimlərinsə sosial şəbəkələrdən istifadə edərək müxtəlif radikal çağırışlar etməsinin şahidi oluruq.

Ancaq əfsuslar olsun ki, beynəlxalq təcrubədə sosial şəbəkələrin bu cür mənfi təsirlərinin qarşısının alınması üçün hər hansı konkret nümunələr yoxdur. Sosial şəbəkələrə qadağaların qoyulması isə dünya ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır, sosial şəbəkələrin qadağan edilməsi insan azadlıqlarının boğulması kimi qiymətləndirilir.

Bəzən sosial şəbəkələr cəmiyyətlərdə həlli olduqca çətin, bəlkə də mümkün olmayan problemlər yaradır.

Məsələyə münasibət bildirən Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov Trend-ə deyib ki, sosial şəbəkələrdən yaranan problemlərin köklü şəkildə həlli praktikası dünyada mövcud deyil: “Bəzi ölkələr sosial şəbəkələri qadağan edib, amma bu da çıxış yolu deyil. Çünki insanlar artıq sosial şəbəkələrə öyrəşib, bundan istifadə edirlər. Müəyyən məsələləri inzibati yolla həll etmək olar. Məsələn, sosial şəbəkələrdə ekstremizmə çağırış edənlərin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı ötən il mənim təklifimlə Cinayət Məcəlləsinə dəyişiklik edildi və bu da öz nəticəsini verdi".

Deputat deyib ki, sosial şəbəkələrdə danışıq və davranış etikası ilə bağlı çox ciddi problemlər var.

F.Muradov hesab edir ki, sosial şəbəkələrdə danışıq və davranış etikasına çox ciddi riayət olunmalıdır: “Amma bu məsələni təkcə qanunvericiliklə, inzibati yollarla həll etmək mümkün deyil. Yəni, bu gün inzibati metodlarla sosial şəbəkələrə yalnız müəyyən nəzarət funksiyasını həyata keçirmək olar. Amma ümumilikdə, şəbəkələrə nəzarət olunması, qadağaların qoyulması çətindir”.

F.Muradov bildirib ki, bu məsələdə valideyn məsuliyyəti də olmalıdır: "Valideyn nəzarəti güclü olmalıdır, bu mütləqdir. Davranış etikası ilə bağlı maarifləndirmə işi aparılmalıdır. Bu məsələdə hər kəs öz üzərinə düşən məsuliyyəti anlamalıdır”.

Komitə sədri qeyd edib ki, sosial şəbəkələrin yaratdığı və yarada biləcəyi fəsadları təxmin etmək çətindir.

Milli Məclisin deputatı Musa Quliyev də məsələnin həlli yolunu maarifləndirmə işinin gücləndirilməsində, uşaqlara və yeniyetmələrə nəzarət edilməsində, eyni zamanda, valideyn məsuliyyətinin artırılmasında görür: “Bu məsələ Milli Məclisdə dəfələrlə müzakirə olunub. Qanunvericiliyə bu məsələlərlə əlaqədar müəyyən dəyişikliklər edilib. Amma sosial şəbəkələri qadağan etmək mümkün deyil. Çünki bu tək Azərbaycanda deyil, dünyanın hər yerində cəmiyyətin üzləşdiyi və həyat tərzinə daxil olmuş bir məsələdir. Məsələnin tam həlli üçün konkret bir resept də vermək mümkün deyil. İlk növbədə uşaqları və yeniyetmələri sosial şəbəkələrin mənfi təsirlərindən qorumaq, onlara nəzarət etmək lazımdır. Onları sosial şəbəkələrdən tamamilə təcrid etmək də mümkün deyil. Valideynlər bu məsələdə məsuliyyətlərini anlamalıdırlar”.

M.Quliyev hesab edir ki, sosial şəbəkələr ailə və cəmiyyət üzvlərini də bir-birindən ayırır və virtual bir dünyada yaşamağa sövq edir: "Sosial şəbəkələrə alüdə olan insanlar günlərlə öz yaxınları ilə ünsiyyət qurmurlar, danışmırlar. Bu da çox ciddi bir məsələdir və insanın mənəvi-əxlaqi deqradasiyasına gətirə biləcək bir haldır".

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bakıda müəllim işləyən arvadını döyərək öldürən şəxsin apellyasiya şikayəti təmin edilməyib

26 May 2017 10:07

Bakıda sürücünü qovan yol polisinin maşını qəzaya düşdü - VİDEO

26 May 2017 10:05

İdman zalında yaşlı qadının çılpaq şəklini çəkib, yaydı - FOTO

26 May 2017 10:05

Çində rüşvət almaqda ittiham edilən dövlət məmuru edam olunub

26 May 2017 10:02

Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib

26 May 2017 10:01

Bakıda avtobusun piyadanı vuraraq öldürməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

26 May 2017 09:57

"Barselona"nın transfer edəcəyi ilk ulduz

26 May 2017 09:57

​Sabahdan müqəddəs Ramazan ayı başlayır

26 May 2017 09:57

Qusarda 33 yaşlı ruhi xəstə özünü talvardan asdı

26 May 2017 09:55

Neftimiz ucuzlaşdı

26 May 2017 09:53

Nişanlısı ilə axşam gəzintisinə çıxan Fahriye Evcenin yaz stili – FOTOLAR

26 May 2017 09:53

Azərbaycan neftinin qiymətində DƏYİŞİKLİK

26 May 2017 09:52

Dodaqlarınız çatlayır? Elə isə bunu edin

26 May 2017 09:48

Zaur Antalyada saxlanıldı, deportasiya edilir

26 May 2017 09:47

KİV: Donald Trampın kürəkəni Cared Kuşner FTB-nin nəzarəti altındadır

26 May 2017 09:47

İslamidada itən idmançıların ölkələrinə qayıtmama səbəbi

26 May 2017 09:47

Bu həftə "V Element" Islamiadaya həsr olunacaq - VİDEO

26 May 2017 09:42

Azərbaycan nefti ucuzlaşdı

26 May 2017 09:42

FTB Trampın kürəkəni ilə bağlı araşdırmaya başladı

26 May 2017 09:38

Güclü zəlzələ baş verib

26 May 2017 09:38

ABŞ-ın Qərbi Hollivud şəhərində 28 may “Azərbaycan Milli Günü” elan edilib

26 May 2017 09:37

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (26.05.2017)

26 May 2017 09:37

Kriştianu Ronaldu 5 il müddətinə həbs oluna bilər

26 May 2017 09:37

Azərbaycan nefti 1 dollar ucuzlaşıb

26 May 2017 09:37

"Məni 17 yaşım olanda qaçırtdılar", "Namusunu əvvəldən təmiz saxlayaydın da"....

26 May 2017 09:37

BNA-dan 81 saylı marşrut avtobusunun piyadanı vurmasına münasibət

26 May 2017 09:36

Qızları oğurlayıb seks köləsi edən, doğulan uşaqları terrorçu kimi böyüdən təşkilat barədə ŞOK FAKTLAR

26 May 2017 09:33

Dünya birjalarında qızıl bahalaşdı

26 May 2017 09:33

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (26.05.2017)

26 May 2017 09:32

Mustafa Ceceli boşandı

26 May 2017 09:32

“Respublikası Günü” və Azərbaycan Respublikasının BMT-yə üzvlüyünün 25-ci ildönümü ilə əlaqədar Nyu-Yorkda rəsmi qəbul keçirilib (FOTO)

26 May 2017 09:29

Cəbhədən YENİ XƏBƏR

26 May 2017 09:27

Qızıl 2 dollaradək bahalaşdı

26 May 2017 09:27

Azərbaycan klubu “Dinamo” ilə qarşılaşacaq

26 May 2017 09:22

Millimiz Ukraynaya qarşı

26 May 2017 09:17

"Yuventus" hücumçusu ilə müqavilə yenilədi

26 May 2017 09:17

Azərbaycan Beynəlxalq Bankı dəftərxana ləvazimatları almaq istəyir

26 May 2017 09:17

MN: Mövqelərimiz iriçaplı pulemyot və minaatanlardan 130 dəfə atəşə tutulub

26 May 2017 09:15

Bu günün TƏQVİMİ

26 May 2017 09:13

Cəbhədən xəbər var

26 May 2017 09:13

Şahdağ Turizm Mərkəzində təchizat zəncirinin idarə edilməsinə ehtiyac var

26 May 2017 09:12

Unibankdan Respublika gününə xüsusi kredit kampaniyası

26 May 2017 09:08

Bakı sakini qonşusu tərəfindən döyülərək xəsarət alıb

26 May 2017 09:07

Ermənistan silahlı bölmələri atəşkəsi 130 dəfə pozub

26 May 2017 09:07

Azərbaycan Mərkəzi Bankı kotirovka sorğusu keçirir

26 May 2017 09:07

Təkrarsız El - FOTO

26 May 2017 09:05

“Aqrolizinq” nizamnamə kapitalını artırır

26 May 2017 08:57

Gilasın inanılmaz faydaları

26 May 2017 08:57

Cəmi 4 ay davam etdi - FOTO

26 May 2017 08:52

4 uşaq anasının bədəni təəccübləndirdi - FOTO

26 May 2017 08:52